Azərbaycan borusu Ermənistandan keçəcək?
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynanın mineral ehtiyatlarına çıxış üçün Kiyevlə imzaladığı böyük razılaşmaya baxmayaraq, Amerika şirkətləri hələlik ölkədə real investisiyalara başlamayıb. Bunun fonunda Ukraynadakı iri titan yataqlarından biri Azərbaycan investorlarının nəzarətinə keçib.
Bu barədə Hollandiyanın RTL telekanalının hazırladığı reportajda bildirilir. “RTL Nieuws”un Şərqi Avropa müxbiri, uzun illərdir Ukraynadan verilişlər hazırlayan tanınmış müharibə jurnalisti Jeroen Akkermansın yaydığı reportajda qeyd olunur ki, Ukraynada özəlləşdirilən titan mədənini Azərbaycan investisiya qrupu alıb və artıq layihəyə 150 milyon dollar sərmayə yatırılıb. Şirkət gələcəkdə investisiyanın həcmini 500 milyon dollara çatdırmağı planlaşdırır.
Reportajda deyilir ki, ABŞ şirkətlərinin də həmin mədəni almaq imkanı olub. Lakin onlar müharibə və təhlükəsizlik riskləri səbəbindən prosesə qoşulmayıblar. Reportajda vurğulanır ki, titan müasir sənaye üçün strateji xammal hesab olunur. Adıçəkilən metal aviasiya, müdafiə sənayesi, kosmik texnologiyalar, tibbi avadanlıq, və yüksək texnologiyalı istehsalda geniş istifadə edildiyi üçün dünyada kifayət qədər tələbatı olan kimyəvi elementdir. RTL qeyd edir ki, Ukrayna dünya titan ehtiyatlarının təxminən 20%-nə sahibdir və bu resurslar Qərb üçün strateji əhəmiyyət daşıyır.

Məsələ son aylarda ABŞ və Ukrayna arasında imzalanmış mineral sazişindən sonra daha da aktuallaşıb. Vaşinqton Kiyevə hərbi və maliyyə dəstəyi müqabilində Ukraynanın faydalı qazıntı sektorunda üstün iştirak hüquqları əldə etməyə çalışır.
Lakin “Reuters” yazır ki, bir çox Amerika şirkəti hələ də Ukraynada real layihələrə başlamaqdan çəkinir. Agentliyin məlumatına görə, davam edən müharibə, enerji infrastrukturunun dağıdılması, yüksək sığorta və təhlükəsizlik xərcləri, həmçinin mədənlərin uzunmüddətli işlənmə müddəti ABŞ şirkətlərini qorxudan əsas səbəblərdir.
Ekspertlər bildirirlər ki, bəzi yataqların tam sənaye istismarına verilməsi üçün illərlə vaxt və milyardlarla dollar investisiya tələb olunur.
Bu şəraitdə regional investorların daha çevik davranmağa başladığı qeyd edilir. Analitiklərin fikrincə, Azərbaycan şirkətlərinin Ukraynaya marağı bir neçə – metallurgiya və xammal sektorunda təcrübə, Avropa bazarlarına çıxış, strateji sənaye metalları üzrə mövqe qazanmaq istəyi, və müharibədən sonrakı bərpa dövrünə erkən daxil olmaq planı kimi amillərlə bağlıdır.
Videoda adı açıqlanmayan Azərbaycan investoru bildirib ki, layihə “müharibə olsa da, olmasa da” davam etdiriləcək və bu qərar kommersiya əsaslı biznes addımı kimi qiymətləndirilir.
Hazırda Ukrayna Avropa üçün ən mühüm potensial kritik mineral bazalarından biri sayılır. Ölkədə litium, titan, qrafit, uran və nadir torpaq metalları daxil olmaqla onlarla strateji resurs mövcuddur. Bu isə Ukraynanı həm Qərb, həm də regional investorlar üçün geoiqtisadi rəqabət meydanına çevirir.