vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
“Həyasızlıqdır!” 19:28 | 18 may 2013 | Şənbə Məqaləyə 2526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həyasızlıqdır!”

Ucuz populizm yolu ilə ört-basdır olunan siyasətə etiraz gəldi

Trend

“Özgə dövlətin ərazisini işğal etmək və bununla belə, sülhsevər ölkənin rəhbəri kimi görünməyə çalışmaq ən azından beynəlxalq hüquq və ictimaiyyətə qarşı qeyri-ciddi münasibət və həyasızlıqdır.”

Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarqsyanın belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra birgə keçirdiyi brifinq zamanı təxribat xarakterli ifadələrini şərh edərkən deyib.
Abdullayev qeyd edib: “Tarixən azərbaycanlılara məxsus olan işğal edilmiş torpaqlardan əvvəlcə yerli əhalini qovmaq və sonra bu ərazilərin beynəlxalq aləm tərəfindən tanınması barədə danışmaq işğalçı siyasəti ucuz populizm yolu ilə ört-basdır etməkdir”.
Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal edilmiş torpaqlar qədim Azərbaycan ərazisidir və özündə çoxəsrlik mədəni və tarixi izləri daşıyır.
Abdullayev bildirib: “Güclü Azərbaycan dövləti öz işğal edilmiş torpaqlarını tarixən bu ərazilərin sahibi olan Azərbaycan xalqına qaytaracaq”.