
Separatçılara dəstək daralır
Erməni deputatlar Qarabağa buraxılmadı: nə baş verir?
Erməni deputatlar Qarabağa buraxılmadı: nə baş verir?
Hadisələr həbsə doğru gedir ...
General Xaçaturova məktub: «Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...»
Ermənistan rusiyayönümlü erməni milyarderlərə tapşırılır
«Üç «O»» bloku dağıldı, Oskanyan və Ovanisyan siyasətdən getdi
Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
Ermənistan ordusundakı kütləvi yanacaq oğurluğu etiraf olundu
«Ədalətsizliyə, qanunsuzluğa «bəsdir» deməliyik!»
Bakı üçün unikal şans... aprelin 2-dən sonra İrəvanda qarışıqlıq yaşanacağı realdır
Rusiya Ermənistanı yeni əllərə - oliqarxlara təhvil verir; «gedin ordakıları dolandırın, məni narahat etməyin»
Seyran Ohanyan hakimiyyəti hədələdi
Bakının seçki öncəsi Ermənistana mesajı nə olmalıdır?
Samvel Babayanın həbsinin dumanlı məqamları
Keçmiş «müdafiə naziri»i hakimiyyəti hədələdi
Ermənistanda polis nazirinin müavininin qardaşı döyüldü
«Ermənistana Saakaşvili kimi prezident lazımdır»
İyulun 11-də axşam saatlarında Ermənistan-Azərbaycan təmas xəttində daha bir erməni hərbçisi məhv edilib. Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı «Novosti Armenii» agentliyinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan verib.
Artsryun Ovannisyanın sözlərinə görə, bu gün Yexeqnadzor şəhərində keçirilən hərbi paradda müdafiə naziri Seyran Ohanyan deyib ki, erməni zabiti azərbaycanlı hərbçilər tərəfindən öldürülüb. Nazir bundan başqa atışma zamanı bir azərbaycanlı kəşfiyyatçının öldürüldüyünü və Ermənistan tərəfdən isə daha bir nəfərin yaralandığını deyib. Bildirib ki, yaralı İrəvandakı hospitala aparılıb. Lakin ölən və yaralanan ermənilərin adları açıqlanmayıb.
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri atışmanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyərək bildirib ki, bu haqda sonra daha müfəssəl məlumat yayacaqlar.
Bu gün günorta saatlarında isə məhv edilən erməni zabitinin və atışma zamanı yaralanan şəxsin adlarını açıqlayıb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, öldürülən erməni zabiti mayor Sərkis Abramyan, yaralanan şəxs isə 1977-ci il təvəllüdlü Karina Davtyandır. Mayorun 42 yaşında olduğu da bildirilir.