vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QARABAĞ  
Administrasiyadan cəbhə açıqlaması 16:15 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Administrasiyadan cəbhə açıqlaması

«Ermənistan plan qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan tərəfi prezidentlərin görüşünün baş tutmaması üçün təxribat törədir». Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, ermənilərin milli ordumuzun üzbəüz mövqelərini atəşə tutduğu zaman Azərbaycan prezdenti İlham Əliyev ölkədə olmayıb.

Cənab prezident qısamüddətli istirahətdə idi. Eyni zamanda Azərbaycanın müdafiə naziri Zakir Həsənov da vətəndə deyildi. «Belə olan halda ermənilər Azərbaycan Silahlı Qüvvələrinin üzərinə böhtan atır ki, guya diversiya qrupları Ermənistan silahlı qüvvələri olan tərəfə bir neçə dəfə soxulublar. Axı bu heç bir məntiqə uyğun deyil. Əgər belə olsaydı mütləq bu proseslərin təşkili üçün ölkə rəhbərinin razılığı, müdafiə nazirliyinin təşkilatçılığı olardı. Amma onların heç biri Azərbaycanda olmayıb. Buna baxmayaraq Ermənistan tərəfi hücum planını qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib». (ANS)