Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
17:54 | 14 aprel 2015 | Çərşənbə axşamı
Məqaləyə 1450 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Aprelin 14-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Həsənov israilli jurnalistlərə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir və bu münasibətlərə uyğun olaraq İsrailin həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, o cümlədən KİV ilə əlaqələr yaradılır.
Əli Həsənov Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynadığını söyləyib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar. Ölkəmizdə dövlət hesabına sinaqoqlar tikilir, təmir edilir. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, dövlət vətəndaşlar üçün dini, ictimai, mədəni, sosial obyektlər tikir və onların istifadəsinə verir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və tolerantlıq mühiti dərin köklər atıb.
Əli Həsənov əminliklə bildirib ki, İsraildən gələn KİV nümayəndələri ölkəmizin hər yerində yüksək qonaqpərvərliyin şahidi olacaqlar.
Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb.
Görüşdə iştirak edən «Azİz» İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə müxtəlif nəşrləri Əli Həsənova təqdim edib.