Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:09 | 30 yanvar 2016 | Şənbə
Məqaləyə 1039 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Ukrayna Dəmir Yolları Azərbaycan və Gürcüstana müraciət edərək tranzit yükdaşımalarına görə indiki tariflərin 50 faiz aşağı salınmasını xahiş edib. Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yollarının kommersiya departamentinin rəhbəri İvan Xoryakov bildirib.
Rusiya Ukrayna yüklərinin Orta Asiya respublikalarına və Çinə tranzitini dayandırandan sonra təxminən iki həftə əvvəl Kiyev alternativ variant kimi Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizini seçib. Dəhlizi sınaqdan keçirmək üçün Odessadan qubernator Mixail Saakaşvilinin iştirakı ilə təntənəli şəkildə 5 vaqondan ibarət qatar yola salınıb. Qatar bu günlərdə Bakıya çatıb və buradan Orta Asiyaya istiqamət alıb. Lakin belə görünür ki, dəhlizin sınaqları Kiyevi qane etməyib. Çünki bu dəhlizlə yükdaşımalar baha başa gəlir.
İvan Xoryakov bildirib ki, əgər Rusiyadan yan keçməklə Orta Asiyaya yükdaşımalar üçün yol tapa bilməsə ildə 1 milyon ton yük itirəcək. O, qeyd edib ki, Azərbaycan və Gürcüstandan keçən dəhlizin cəlbedici olması üçün tranzit tarifləri aşağı salınmalı, yükdaşımalar sürətləndirilməlidir.
«Tarifləri təkcə dəmiryolçular aşağı salmalı deyil, həmçinin bərə xidməti göstərən gəmiçilik şirkətləri də bunu etməlidir. Həmçinin liman yığımlarını da azaltmaq lazımdır» - Ukrayna nümayəndəsi deyib.
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndən sonra Azərbaycan üzərindən keçən dəhlizin əhəmiyyəti daha da artıb. Rusiya Orta Asiyaya yük daşıyan Türkiyə TIR-larını sərhəddən buraxmadığı üçün onların bir hissəsi Azərbaycan dəhlizinə yönəlib. Eyni zamanda Türkiyə tərəfinin xahişi ilə Azərbaycan bərə və liman tariflərini yarıbayarı aşağı salıb. Daha sonra region ölkələrinin dəmiryol operatorları «İpək yolu» dəhlizindən istifadə üzrə vahid tariflərin müəyyən edilməsinə dair razılığa gəliblər.
Ardınca Rusiya Ukrayna yüklərinin tranzitinə qadağa qoyduğunan bu dəhlizin əhəmiyyəti daha da artıb. Çünki Ukrayna yüklərinin daşınması üçün yeganə alternativ Qara dəniz və Xəzər dənizindən bərələrlə daşınmaqla məhz Azərbaycan-Gürcüstan dəhlizi idi. Ancaq belə görünür ki, bu dəhlizdən istifadə indiki şərtlərlə Ukraynanı qane etmir. Lakin Azərbaycan tarifləri daha nə qədər aşağı sala bilər, bunun üçün limiti varmı? Bu suala yaxın vaxtlarda cavab tapmaq mümkün olacaq.