
“Gözəlləşdikcə xasiyyəti dözülməz olur”
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
Səməd Seyidovdan açıqlama
Hökumət məsələlərin tamamilə dramatik həddə çatmasında maraqlı deyil
Səməd Seyidov Ərdoğanın Qarabağ və Putinlə bağlı bəyanatı haqda
«Onlara heç «cənab» sözü də yaraşmır»
... və əgər çıxarsa, nələr baş verə bilər?
Prezidentin köməkçisi: «Artan təzyiqləri Azərbaycana qarşı xüsusi neqativ münasibətdən irəli gələn məsələdir»
Səməd Seyidov: «Avropa Şurasının baş katibi nədənsə yalnız Azərbaycanın üstünə düşüb»
Səməd Seyidov: «Hələlik bu sualın cavabını bilmirəm»
AŞPA prezidenti ilə bağlı səsvermə keçirilib
Səməd Seyidov: «Qurum nəinki öz dəyərləri müdafiə etmək iqtidarında deyil, hətta onları pozmağa hazırdır»
Səməd Seyidov: «AŞ PA artıq heç kimi müdafiə edə bilmir»
AŞPA prezidentinin istefası tələb olundu
AŞ PA-dakı gizli erməni şəbəkəsinin aparıcı fiquru bütün fəaliyyətini Azərbaycanın əleyhinə çalışmağa həsr edib
Səməd Seyidov: «Vəziyyət daha da mürəkkəb olur»
Diplomatik mənbələrdən haqqın.az saytına bildirildiyinə görə, Səməd Seyidov AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞ PA-ya məktub göndərib.
Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞ PA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.
Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.
Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub. 35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan millət vəkili seçilib.