İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
19:48 | 25 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 1829 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Ankara–İslamabad xətti...
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
«Bu gün AŞPA Türkiyənin Avropa Şurasındakı əhəmiyyətini, rolunu, çəkisini axıra kimi dərk etmədi. Təəssüf ki, Türkiyəyə qarşı işləyən qüvvələr bu gün Türkiyə-Avropa əlaqələrinə ciddi zərbə vurdular».
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
AŞPA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarına münasibət bildirən S.Seyidovun sözlərinə görə, Türkiyə bütün tənqidi məqamların üzərində düşünməyə və konstruktiv münasibətlər formalaşdırmağa hazır olduğunu bəyan etmişdi: «Lakin AŞPA Türkiyəni postmonitorinqdən monitorinq prosesi altına yenidən saldığına görə bu qurumun Türkiyə ilə bağlı verdiyi bütün bəyanatlar faktiki, qeyri-səmimi bəyanatlar kimi qiymətləndirilə bilər. Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞPA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması. Ən maraqlısı ondan ibarətdir ki, sanksiyalar nədənsə məhz sanksiyalara layiq olan ölkələrə yox, Türkiyə, Azərbaycan və yaxud Rusiya kimi ölkələrə qarşı tətbiq edilməklə, təşkilatın özünün gələcək müqəddəratını sual altında qoyur».
S.Seyidovun sözlərinə görə, bunlar az deyilmiş kimi, AŞPA-nın bu sessiyası böyük qalmaqalla başlayıb: «Bu da AŞPA sədri Pedro Aqramuntla bağlıdır. Çox təəssüf ki, biz qanunun aliliyini müdafiə etməyə çağırış edən bir təşkilatın öz divarları arasında qanunun aliliyini demək olar ki, kobud şəkildə pozulmasının şahidinə çevrildik. Çünki birinci gün faktiki qeyri-qanuni üsullarla, proseduru nəzərə almadan AŞPA-nın sədrini vəzifədən çıxarmaq istəyirdilər. Bu, alınmadı, ancaq destruktiv qüvvələr həm Avropa Şurasına, həm də AŞPA sədrinə böyük zərbə vurdular. Bu zərbə birincisi, bizim bu təşkilata inamımızı sındırdı, azaltdı. Biz başa düşdük ki, bu təşkilat nəinki öz dəyərləri müdafiə etmək iqtidarında deyil, əksinə, onları pozmağa hazırdır. Nəhayət, təşkilatda bu gün dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və bu kimi fikirlərin yerinə konfrontasiya, xüsusi yanaşma və qeyri-obyektivlik gündəmə gəlir. Ona görə də, bu sessiyanı ümumi şəkildə xarakterizə etsək, iki mühüm xüsusiyyətini qeyd etməliyəm. Birincisi, bütün bu baş verənlərə baxmayaraq, Azərbaycan nümayəndə heyəti öz işini davam etdirir, Dağlıq Qarabağ, işğal edilmiş ərazilərimiz, qaçqın və məcburi köçkünlər məsələlərini daima gündəmdə saxlayır. İkincisi isə, burada uzun illər cücərən, formalaşan, özünü hər yerdə büruzə verən ikili standartlar yanaşması artıq partladı. Dialoq tərəfdarlarını işdən çıxartmaq və vəzifədən məhrum etmək, onlara qarşı sanksiyalar tətbiq etməklə yanaşı, ölkələrə qarşı nifrət hissi, qəbuledilməz yanaşmalar gündəmə gəldi. Ümumi şəkildə isə, əsas nəticə budur ki, bu təşkilatın gələcəyi sual altındadır».