Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
19:35 | 16 aprel 2016 | Şənbə
Məqaləyə 1359 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
6 milyard dollarlıq xərc nəyə xidmət etdi?
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Səudiyyə Ərəbistanı şahzadəsi və müdafiə naziri Məhəmməd bin-Salmanın bugünkü bəyanatından sonra Qətərin paytaxtı Doha şəhərində neft hasilatçısı ölkələrin görüşünün məqbul nəticə ilə bitməsi ehtimalı təhlükə altına düşüb.
Virtualaz.org «Bloomberg» agentliyinin məlumatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı şahzadəsi kəskin şərt irəli sürüb: onun ölkəsi hasilat həcmini yalnız bir halda donduracaq ki, bu addımı bütün iri neft hasilatçıları, o cümlədən də İran atsın.
Xəbər verdiyimiz kimi, İran sabahkı görüşdə hər hansı formada iştirakdan imtina edib və bu, birmənalı şəkildə görüşün nəticəsiz qalma ehtimalını yüksəldir. Çünki görüşdə iştirak etməyən, eyni zamanda, bu gün Avropa İttifaqının nümayəndələri ilə neft ixracatı imkanlarını müzakirə edən bir ölkənin hasilat həcmini dondurması inandırıcı deyil. Nəzərə alsaq ki, İran uzun illərdən sonra xarici ölkələrə neft ixracatına başlayıb, qiymət məsələsi bu ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb etmir.
«İri hasilatçılar dondurulma fikri ilə razılaşmasalar, biz də dondurmayacağıq. Və əgər dondurmayacağıqsa, onu (nefti — virtualaz.org) istənilən qiymətə satacağıq», - Salman belə deyib. Şahzadə və eyni zamanda müdafiə nazirinin sözlərinə görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftin qiymətinin aşağı səviyyədə olmasından əziyyət çəkməyəcək. «Bir barrel neftin qiymətinin 60-70 dollara qədər qalxması inkişaf üçün yaxşı təkan olardı. Fəqət, bu mənim mübarizəm deyil. Bu, neftin ucuzlaşmasından əziyyət çəkənlərin mübarizəsidir», - bu sözlər Məhəmməd bin-Salmana aiddir.
Hər şey sabah Qətərin paytaxtında həll olunacaq, amma elə indidən bu görüşün başlamamış uğursuzluqla bitməsi ehtimalının yüksəkliyi barədə fikir yürütmək mümkündür. Belə olacağı təqdirdə isə bazar ertəsi günü səhər birjalarda nələrin baş verəcəyini iqtisadiyyatdan az-çox başı çıxan hər kəs anlayır.