Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:49 | 25 oktyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 897 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Meksikanın nüfuzlu ingilisdilli «The News» qəzeti Ermənistanın Metsamor atom elektrik stansiyası və onun təhlükəsi barədə məqalə yazıb.
Azərbaycanın Meksikadakı səfirliyindən «Report»a verilən məlumata görə, qəzetin baş redaktoru Tereza Marqolisin müəllifliyi ilə «Yenidən Çernobıl» sərlövhəli məqalədə bildirilir ki, Çernobıl və Fukuşimadan daha dağıdıcı bir nüvə qəzasının olması gözlənilir və bu potensial nüvə fəlakəti geosiyasi fırıldaqlıqlar və iqtisadi maraqlar tərəfindən alovlandırılır.
Məqalədə qeyd olunur ki, seysmik zonada yerləşən Metsamor AES-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən 2016-cı ilə qədər istifadə ediləməsi uyğun hesab edilib, lakin buna baxmayaraq rəsmi Yerevan Metsamorun 2026-cı ilə qədər fəaliyyətinə davam edəcəyini açıqlayıb.
Həmçinin məqalədə qeyd olunur ki, istifadə müddəti bitən Metsamorun yerinə bu il Ermənistanda yeni nüvə bloku inşa edilməli idi, lakin milli büdcə kəsintiləri və beynəlxalq dəstəyin çətinliyi səbəbiylə, onun tikintisinə başlanılmadı.
Müəllif Ermənistandan keçmiş SSRİ-də ən kasıb ölkələrindən biri və Moskvanın siyasi «qucaq iti» kimi bəhs edərək nəzərə çatdırıb ki, Ermənistan Metsamorun yeni blokunun inşasının yarısını ödəmək üçün Rusiya ilə anlaşıb, qalan 2,5 milyard dolların maliyyələşdirilməsi məsələsində isə Fransanı razı salıb.
Eyni zamanda T.Marqolis bildirir ki, Metsamor stansiyasının ilə bağlı ən böyük narahatlıq doğuran məsələ budur ki, bir qəza halında ortaya çıxacaq radiasiyanın qarşısının alınması üçün heç bir mühafizə binası, polad və ya konkret qoruyucu örtük yoxdur.
Müəllif, Avstriyanın Vyana Tətbiqi Ekologiya İnstitutuna görə dağlıq regionda yerləşən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə reaktorun aktiv zonasının soyudulması üçün tələb olunan qədər su olmadığını vurğulayır. «İndilik Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin enerji ehtiyaclarını qarşılamaq məqsədilə gözləmə oyunu oynadığı və öz xalqının, eləcə də, digər xalqların təhlükəsizliyini qumara qoyub».