19:35 | 31 dekabr 2012 | Bazar ertəsi
Məqaləyə 2071 dəfə baxılıb
Şriftin ölçüsü
«Ermənistanla birlikdə Araz çayının üzərində SES tikilməsi layihəsi Azərbaycanın narazılığına səbəb olursa, diplomatik kanallar vasitəsi ilə öz etirazını İrana bildirmək hüququna malikdir».
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mahmud Reza Sacadi Moskvada keçirdiyi brifinqdə deyib. Layihə barədə məlumatlı olmadığını söyləyən iranlı diplomat Ermənistanın da Azərbaycan kimi İranın yaxın qonşusu olduğunu vurğulayıb: «İran qonşuları ilə normal münasibət saxlayır».
