
Putinin “4-cü respublikası”
Reallıq, yoxsa mif?
Reallıq, yoxsa mif?
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
Moskva İrəvana xəbərdarlıq etdi
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
Müharibənin “fitil”i çəkilə bilər
Kremlin ilginc ssenarisi işə düşür
Putin Əsədə əmr verdi
Bakı üçün kritik il, çətin seçim; ABŞ-Rusiya qarşıdurmasının 2018-də pik həddə çatacağının anonsu verildi
Putinin Suriya müharibəsi xaricdə onun prestijini necə artırdı?
... Yaxud Suriyanı qələbə kimi «oformit» eləmək Putinin nəyinə lazımdır?..
«Bir də baş qaldırsalar onlara elə zərbə endirəcəyik ki...»
Rusiya qoşunlarının Suriyadan niyə tələsik çıxarmaq tapşırılıb...?
Trampdan ağır təhqirinə Moskva reaksiya verdi
Daniel Frid «mən hələ belə şey görməmişdim» deyir...
Oktyabr inqilabının 99-cu ildönümü münasibətilə Moskvada keçirilən mitinqdə Rusiya Kommunist Partiyasının (KPRF) lideri Gennadi Zyuqanov başçılıq etdiyi partiyanın SSRİ-ni bərpa etmək üçün mübarizəyə başladığını elan edib.
virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zyuqanov SSRİ-nin bərpasını partiyasının əsas vəzifəsi olduğunu bildirib.
«Biz sovet hakimiyyətini yenidən bərpa etmək üçün hər şeyi edəcəyik. 1991-ci ildə çökdürülmüş böyük dövlətimizin yenidən yaradılması, Böyük Oktyabrın ideyalarının təbliği üçün əlimizdən gələni əsirgəməyəcəyik», - kommunistlərin lideri çıxışında deyib.
Zyuqanovun dediyinə görə onun partiyası güclü komanda ətrafında birləşib və əsas məqsədi nəhəng ittifaq dövlətini bərpa etməkdir. «Bizim öz proqramımız, aydın və dəqiq vəzifəmiz var-nəhəng ittifaq dövlətini bərpa etmək»-o deyib.
Bu gün kommunistlər və Rusiyanın solçu təşkilatlarının tərəfdarları Moskvada 7 noyabr münasibətilə yürüş-mitinq keçirib. Moskva polisi yürüşdə 1500-ə qədər adamın iştirak etdiyini bildirir.
Hazırda Rusiya prezidenti Vladimir Putin SSRİ-ni öz versiyasında bərpa etməyə çalışır, onun Avrasiya İttifaqı ideyası «yeni SSRİ» adı alıb. İdeya keçmiş sovet respublikaları da daxil olmaqla Avrasiyanın bir çox ölkələrinin iqtisadi, daha uzaq perspektivdə isə siyasi inteqrasiyasını nəzərdə tutur.