
CAS-da 2 işə baxılır
«Traktor» klubunun FİFA-dakı 7 dosyesi qapanıb
«Traktor» klubunun FİFA-dakı 7 dosyesi qapanıb
Türkiyə millət vəkili: ««Traktor» adlı futbol komandamız var»
Təbrizlilərin «Azərsel» mobil rabitə operatoru və kredit kartları istifadəyə veriləcək
«Traktor» fanatları nigeriyalı ilə mahnı oxudu
Təbrizlilər «Sepahan»la qarşılaşmaya xoş əhval-ruhiyədə yollanır
Abbas Lisani: «Hakimiyyətin ən böyük arzusu milli hərəkatı radikallaşdırmasıdır»
Təbrizlilər Kərkükdəki türklərə dəstəklərini nümayiş etdirdilər
Oyunu təbrizlilərin 50 min azarkeşi izləyib
…Və birinci pilləyə qayıtdı
«Traktor» klubu növbəti dəfə cəzalandırıldı
Təbriz Şəhər Şurası «Traktor»a yardım layihəsini təsdiqləmədi
Təbrizin Səhənd stadionu istifadəyə verilir
Səhənd stadionu nə zaman istifadəyə veriləcək?
Güneyli fəallar stadionda fars rejimini qıcıqlandıran şüarlar səsləndirib
İranda Təbrizin «Traktor» futbol komandası və onun tərəfdarlarına, klubu müxtəlif bəhanələrlə cəzalandırmaq, məlum hakimlər vasitəsi ilə onu çempionluqdan məhrum etmək və s. kimi vasitələrlə təzyiq edilir.
Bu dəfə «Traktor» kapitanı Mehdi Kiyani komandasına qarşı edilən ayrı-seçkilikdən «Qol» qəzetinə şikayətlənib. «Ölkənin milli komandasında bizimlə bağlı ayrı-seçkilik edilir və «Traktor»dan milli komandaya dəvət edilən oyunçuların sayı olduqca azdır. Nə üçün «Perspolis»dən milli komandada 8 oyunçu oynayır, bizdən isə yalnız bir oyunçu! Bu qəbuledilməzdir»- deyə M.Kiyani bildirib.
Azərbaycan komandasının kapitanı «Traktor» oyunçusu Məhəmməd İranpuryanı güclü oyunçu adlandıraraq bildirib ki, İranpuryan milli komandada oynamağı çoxdan haqq edib.
Başqa bir xəbərə görə «Database» futbol saytı (footballdatabase) dünya futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb. Reytinq siyahısına əsasən «Traktor» 1510 xalla (imtiyaz) dünya üzrə 248, Asiya üzrə 14 və İran üzrə 1-ci komanda kimi tanınıb. Almaniyanın «Bayern Münhen» (Münix) klubunun liderlik etdiyi siyahının 2-ci və 3-cü pilləsində İspaniyanın Barselona və «Real Madrid» komandaları qərarlaşıb.