
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Təbrizin «Traktor» futbol klubu «Azərsel» adlı mobil rabitə operatoru istifadəyə verəcək. Bu barədə klubun icraçı direktoru Mustafa Acorlu iqtisadi sendika və dərnək müdirlərinin keçirdiyi tədbirdə çıxışı zamanı məlumat verib.
«Bugünkü dünyada futbol həm də bir iqtisadi iş sayılır. Bunu nəzərə alaraq biz bu həftə bir müqaviləyə imza atdıq, müqaviləyə əsasən «Traktor» klubu «Azərsel» adlı mobil rabitə operatoru istifadəyə verəcək. «Azərsel» ölkədə mövcud olan digər mobil rabitə operatorları ilə yanaşı fəaliyyət göstərəcək. Biz komanda tərəfdarlarından yeni operatordan istifadə etməyi xahiş edəcəyik», - deyə o bildirib.
Klubun icrası direktoru sözlərinin davamında deyib: «İki milyon «Traktor» tərəfdarları klubun sim kartından istifadə edərsə, klub bundan çoxlu gəlir əldə edəcək. Hələ 5 milyon sim-kart sata bilsək, klubun artıq maliyyə problemi qalmayacaq».
Hazırda klubun 200 milyard rial borclu olduğunu bildirən M.Acorlu «Traktor» tərəfdarlarına kluba yardımetmə yollarını da göstərib. «Biz klubun iqtisadi vəziyyətini düzəltmək üçün Kövsər bankı, İran və Razi siğortalarından faydalanırıq, «Traktor» tərəfdarları qeyd etdiyim bankda hesab açaraq doğma komandalarına yardım edə bilərlər»- deyə o əlavə edib.
M.Acorlu təmsil etdiyi klubun yaxın gələcəkdə «Kulak» mineral su və nağd pulu əvəz edən ödəniş kartlarının satışı ilə də məşğul olacağını diqqətə çatdırıb.