
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
4 aydır təmir-bərpa işlərinin getdiyi Təbrizin Səhənd stadionunda işlərin hələ davam edəcəyi bildirilib.
«Vərzeş 3» xəbər saytının yaydığı məlumatda bildirilir ki, Şərqi Azərbaycan İdman Baş İdarəsinin rəhbərliyi stadionda təmir işlərinin davam etdirilməsinə dair yeni qərar verib. Qərara əsasən 14-cü super liqa yarışlarının (hazırda 16-cı super liqa yarışları keçirilir) son həftəsində sınıb-dağılan oturacaqlar bərpa ediləcək.
Bərpa ediləcək oturacaqların sayının 10 min olduğu bildirilib.
4 aydır təmir işlərinə görə qapılarını futbolsevərlərin üzünə bağlayan Səhənd stadionunda işlər hələ yekunlaşmayıb və meydançanın öt örtüyü hazır vəziyyətdə deyil. Bundan öncə stadionun super liqa yarışlarının 9-cü həftəsinədək hazır olacağı elan edilmişdir, lakin artıq yarışların 10-cü həftəsi yaxınlaşıb və stadion hələ də hazır deyil və onun yarışların 12-ci həftəsindən sonra hazır olacağı bildirilib. Şərqi Azərbaycan İdman baş İdarəsi rəhbərliyinin verdiyi yeni qərar şübhəsiz ki, stadionun istifadəyə verilməsini bir az da gecikdirəcək və bütün bunlar Azərbaycanın «Traktor» komandası və onun tərəfdarlarını narahat edir. «Traktor», rəqib komandaları tamaşaçı tutumu çox olan meydançada qəbul edə bilmədiyi üçün bir çox problemlə üzləşir.