vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
Təbriz Universitetinin rektorundan təhlükə xəbərdarlığı 14:27 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbriz Universitetinin rektorundan təhlükə xəbərdarlığı

«Üzü qibləyə çevrilmiş Urmu gölü qonşu ölkələri də təhdid edir»

«Urmiya gölü yenidən canlandırılmazsa, ölkənin 3-4 vilayəti quraqlıqla üzləşəcək və bu hadisənin ətraf-mühitə olan mənfi təsiri qonşu ölkələri də təhdid edəcək».

«Urmiya gölü yenidən canlandırılmazsa, ölkənin 3-4 vilayəti quraqlıqla üzləşəcək və bu hadisənin ətraf-mühitə olan mənfi təsiri qonşu ölkələri də təhdid edəcək».

Bu sözləri Təbriz Universitetinin rəisi bu gün səhər saatlarında təmsil etdiyi universitetdə «Urmu gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri» mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

«Təbriz Universiteti Urmiya gölü ilə bağlı üzərinə düşən məsuliyyəti yaxşı hiss edir və bu istiqamətdə müəyyən addımlar atır. Biz ətraf-mühit mövzularında Urmu gölünü hər zaman gündəmdə saxlamalıyıq və bunun üçün xüsusi imkanlar və tribuna lazımdır. Urmu gölünü Allah yox, bizim ümidsiz baxışlarımız və tədbirsiz vəziyyətdə olmağımız qurutdu. Təbiətdə cazibə adlı bir qanun var. Bu qanun bizim istəklərimizə həssasdir. Biz gölün quruyacağına inanırıqsa, bu elədə olacaq. Lakin əgər gölün yenidən dirçələcəyinə inanıb və bu istiqamətdə ciddi fəaliyyət aparsaq, mütləq nəticə verəcək»- deyə Məhəmmədrza Purməhəmmədi qeyd edib.

O əlavə edib ki, qonşu ölkələrdən külək vasitəsi ilə gələn zərrəciklər sadəcə torpaq və tozlardan ibarətdir. Bu məsələ bizim hamımızı narahat edir. İndi təsəvvür edin ki, Urmu gölü quruyub və bölgəni duz zərrəcikləri bürüyüb. Görün onda hansı xəstəliklərlə üz-üzə qalarıq!?

«Artıq üzü qibləyə çevrilmiş Urmiya gölü adlı xəstənin yenidən dirçəlməyəcəyi bizdə nigaranlıq hissi yaradır. Bu baş verərsə, ölkənin 3-4 vilayəti quraqlıqla üzləşəcək və bu hadisənin ətraf-mühitə olan mənfi təsiri qonşu ölkələri də təhdid edəcək»- deyə N.Purməhəmmədi bildirib.

Xatırladaq ki, Təbriz Universitetində «Urmiya gölü böhranının ətraf-mühitə təsiri və coğrafi nəticələri» mövzusunda beynəlxalq konfrans keçirilir. Noyabrın 23-də başlayan konfrans 2 gün davam edəcək. Konfransa Amerika Birləşmiş Ştatları, İtaliya, İngiltərə, Türkiyə, Norveç, Malayziya və ölkə daxilindən mütəxəssislər qatılıb.