Neft qiymətləri yüksəlişdə
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
14:24 | 30 noyabr 2016 | Çərşənbə
Məqaləyə 2609 dəfə baxılıb
Şriftin ölçüsü
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
2015-ci ildə 1 ton neftin istehsal maya dəyəri 94,74 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,11 manat və ya 3,4 faiz artıb.
APA-nın SOCAR-ın 2015-ci il üçün illik hesabatına istinadən verdiyi məlumata əsasən, neft məhsullarının maya dəyərinin 85-90 faizini xam neftin alınmasına çəkilən xərclər təşkil edir. Buna görə də neftin və qazın maya dəyərinin təhlili böyük əhəmiyyət kəsb edir. Maya dəyəri yalnız SOCAR tərkibində olan neft-qazçıxarma idarələri üzrə araşdırılıb.
Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi - 4,3 faiz, əmək haqqı xərcləri – 14,6 faiz, sosial ehtiyaclara ayırmalar – 2,9 faiz, amortizasiya ayırmaları – 17,5 faiz, təmir xərcləri 10,4 faiz, əsas vəsaitlərə texniki xidmət – 2,1 faiz, nəqliyyat xərcləri - 18,6 faiz, mədən vergisi - 10,7 faiz və s. təşkil edir.
2015-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 2,55 manat və ya 6,8 faiz artım deməkdir. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi -3,5 faiz, əmək haqqı xərcləri – 9,9 faiz, sosial sığorta ayırmaları – 2,0 faiz, amortizasiya ayırmaları– 31,1 faiz, təmir xərcləri - 9,0 faiz, əsas vəsaitlərə texniki xidmət – 1,8%, nəqliyyat xərcləri – 17,2 faiz, mədən vergisi – 14,9 faiz və s. təşkil edir. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2014-ci illə müqayisədə 2,55 manat (6,8 faiz) artıb.
Hesabatda deyilir ki, SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 19888 min manat (19,4 faiz), əsas vəsaitlərə texniki xidmət xərcləri 333 min manat (2,3 faiz), nəqliyyat xərcləri 18487 min manat (16,7 faiz), digər vergilər üzrə 6047 min manat (20,6 faiz), digər xidmətlər 4819 min manat (15,6 faiz) və digər xərclər üzrə - 12326 min manat (49,1 faiz) artıb.
Qazın maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3295 min manat (4,6 faiz), nəqliyyat xərcləri 1280 min manat (3,2 faiz), mühafizə xərcləri 748 min manat (22,0 faiz), digər vergilər üzrə 1642 min manat (20,0 faiz) və digər xərclər üzrə - 629 min manat (13,4 faiz) artıb.