Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
19:53 | 1 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 1191 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Rusiya Xarici İşlər Nazirliyi, Türkiyənin Suriyada "rejim dəyişikliyi" ilə bağlı təkidindən narahatlıq keçirdiyini bildirir. Rusiyanın «İnterfax» agentliyinə əsasən, Rusiya Xarici İşlər Nazirliyi, Suriya dövlət başçısı Bəşər Əsədin postundan ayrılması yönündə Türkiyənin israrlı olması və bunu hərbi güc ilə dəstəkləməsindən narahatdır.
«İnterfax»a görə, Rusiya Xarici İşlər nazirinin köməkçisi Sergey Ryabkov, "Bölgədə ABŞ və müttəfiqlərinin Suriya siyasəti ilə bağlı açıqlamaları haqqında heç vaxt illüziya görmədik. Bu məqsədlər heç zaman gizli olmayıb. Vaşinqton və Ankarada ən yüksək səviyyədə təkrarlandığını bilirik. Bu paytaxtlar, Suriyanın gələcəyində Əsədi görmür," deyib.
Ryabkov, bu məqsədin gerçəkləşməsi üçün həyata keçirilə biləcək hərbi əməliyyatlara görə narahat olduqlarını əlavə edib.
Ərdoğan və Putin telefon əlaqəsi saxlayıblar
Prezident Rəcəb Tayyib Ərdoğanın Fərat Qalxanı Hərəkatı ilə bağlı ötən gün verdiyi açıqlmada, "Biz oraya başqa bir şey üçün deyil, dövlət terroru ilə məşğul olan zalım Əsəd-in hökmranlığına son qoymaq üçün daxil olmuşuq," söyləyib.
«Rossiya 1» telekanalı isə dünən axşam Rusiya Dövlət Administrasiyasının sözçüsü Dmitri Peskovun sözlərinə istinadən, Moskvanın Ərdoğanın sözləri ilə bağlı açıqlama gözlədiyini bildirib.
Bu yayımdan bir saat sonra isə Rusiyanın 1-ci telekanalı, Ankaranın təşəbbüsü ilə Rusiya dövlət başçısı Vladimir Putin və Ərdoğanın telefonla danışdığı bildirib.
Doğan Xəbər Agentliyinin telefon əlaqəsi ilə bağlı prezident administrasiyasından əldə etdiyi məlumata əsasən, ikili münasibətlərlə yanaşı Hələbdəki insan faciəsi barədə danışılıb.
Beləliklə, bu, iki lider arasında bir həftə ərzində üçüncü telefon danışığı olub.
Hər iki liderin Hələbdə döyüşlərin dayandırılması və şəhərdəki mülkilərə yardım çatdırılması üçün edilən səylərin sürətləndiriməsilə bağlı həmrəy olduqları bildirilir.
Prezidentin köməkçisi Nürəddin Canikli isə dünən gecə TGRT telekanalında verdiyi müsahibədə, «Rusiya ilə münasibətlər müsbət yönümdə inkişaf etməsəydi, Fərat Qalxanı əməliyyatı ilə bağlı bu qədər rahat davrana bilməzdik», söyləyib.
Canikli, eyni zamanda Ərdoğan və Putin arasındakı həmrəy fikirlərə rəğmən, Türkiyənin, Suriya ilə əlaqədar ilk günkü siyasətinə sadiq qaldığını əlavə edib. Necə deyərlər, Ərdoğan Nuh deyir, peyğəmbər demir.
Lavrov təyyarə «böhranından» sonra, ilk dəfə Türkiyədə
Digər tərəfdən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə-Rusiya Ortaq Strateji Planlama Qrupu toplantısında iştirak etmək üçün dünən axşam Alanyaya gəlib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Xarici İşlər naziri Mevlüt Çavuşoğlu-un dəvəti ilə təyyarə «böhranından» sonra, ilk dəfə Türkiyəyə gəlib.
Keçən ilin 24 noyabrında Rusiya təyyarəsinin vurulmasından sonra, Türkiyə ilə Rusiya arasında soyuyan münasibətlər, bu il baş tutan siyasi danışıqlar nəticəsində normallaşmağa başlayıb.