Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:06 | 20 dekabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 615 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
«Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsindən sonra Rusiya-Türkiyə münasibətlərinin güclü şəkildə korlanacağını güman etmirik». Strateq.az ABŞ-ın «Stratfor» özəl kəşfiyyat mərkəzinə istinadən bildirir ki, mərkəzin analitikləri bu cür düşünür.
Onların fikrincə, səfir Karlovun qatili üsyançıların Hələb şəhərindəki məğlubiyyətindən sonra dilxor olub qəzəblənmiş Türkiyə vətəndaşlarından biridir. Ola bilsin, o, cihadçı qruplaşmaların birinə mənsubdur və Rusiya qoşunlarının Hələbdəki fəaliyyətinə görə qisas həyata keçirib.
«Stratfor» analitikləri istisna etmirlər ki, əvvəllər polis xüsusi təyinatlısında xidmət etmiş qatil, Fətulla Güləninn tərəfdarıdır. Səfir Karlovun qətli olduqca gərgin bir dövrdə həyata keçirilib. Rusiya və Türkiyə ancaq yaxınlarda xeyirxah qonşuluq münasibətlərini bərpa edib.
Analitiklərin rəyincə, Rusiya səfirinin Ankarada bu cür qalmaqallı qətli Rusiya-Türkiyə münasibətlərini müəyyən dərəcədə kəskinləşdirəcək, lakin məsələ yenidən qırılmağa qədər getməyəcək.
«Stratfor» Rusiya-Türkiyə münasibətlərinin kəsilməycəyinin səbəbləri arasında bu fakta işarə edir ki, Suriyadakı vəziyyət üzrə Ankara ilə kəşfiyyat məlumatları mübadiləsi Moskvaya son dərəcə vacibdir. Öz növbəsində Türkiyə tərəfinə Rusiya ilə əməkdaşlıq etmək lazımdır, çünki türk qoşunları Suriya ərazisindədir və Moskva ilə istənilən qopma böyük risk yaradır.
Birgə iqtisadi layihələr də axırıncı sırada deyil – «Su-24»lə bağlı insidentdən sonra iqtisadi təzyiqi Ankarada çox yaxşı hiss ediblər.
«Stratfor»un fikrincə, həm Moskva, həm də Ankara işgüzar münasibətləri saxlamaqda son dərəcə maraqlıdır. Dekabrın 20-də Moskvada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriya üzrə görüşü planlaşdırılıb. Rusiya hökuməti təsdiq edib ki, istənilən halda görüş baş tutacaq.