
Evin zindanına basqın
Təhlükəsizlik qüvvələri siyasi məhbusların kameralarını tar-mar edib
Təhlükəsizlik qüvvələri siyasi məhbusların kameralarını tar-mar edib
Siyamək Mirzayidən prokurora məktub
Siyasi məhbus səfirləri ittiham etdi
Ərdəbildə azərbaycanlı fəallara qarşı fərqli təzyiq metodlarından istifadə olunur
Məhəmməd Azadgər: «Xamneyi gəlir ya türk dilində mərsiyə , ya da Şəhriyarın şeirini oxuyur və xalqı aldadır»
Məhəmməd Azadgər: «İranda faşist bir hakimiyyət təşkilat fəaliyyətinə imkan vermir»
Fars-molla rejimi güneyli fəaldan fantastik məbləğdə girov istəyir
Babək qalası mərasimi və tutulanlar barədə təfərrüat
Milli fəal aksiyaya başlayandan bəri hər gün 1 kq çəki itirir
İbrahim Nuri: «Bu qrupun isə nə adı bəllidir, nə də nə zaman və harada təşkil olunduğu ...»
Fars-molla rejimi güneyli fəaldan 1 milyard tümən girov istəyir
Güneyli fəal bununla bağlı məktub göndərib
Keçən ilin iyun ayından bəri həbsdə olan milli fəal Siyamək Mirzayi prokurora məktub göndərib
Güneyli fəalın dükanının qıfılı gecə saatlarında sındırılıb, əşyalar dağıdılıb, nəsə axtarırmışlar
Fars-molla rejiminin nökərlərinin Azərbaycan Milli Hərəkatına qarşı təxribatları davam edir
Təbriz Apelyasiya məhkəməsi Milad Əkbəri və Əli Həmzəzadənin barəsində çıxarılan həbs qərarını təsdiqlədi
İranda azərbaycanlıların milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə 7 aydan çoxdur Tehranın Evin zindanında saxlanılan tanınmış fəal Siyamək Mirzayiyə dəstək məqsədilə divarlara posterlər yapışdırılıb.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son günlər Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində üzərində Siyamək Mirzayinin şəkilləri olan plakatlar yapışdırılaraq onun azadlığa buraxılması tələb edilib.
Tehran inqilab məhkəməsi azərbaycanlı dinc fəal Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib. Fəal, hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılanılır.
Məhkəmə hakimi Bəhram Həsəni azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girovu qoyulmasını tələb edib. Siyamək Mirzayinin vəkilləri isə təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışırlar. Lakin hələ ki, onların bu cəhdi nəticəsiz qalıb.
Xatırladaq ki, «ETTELAAT» əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.