
Gələcəyin yolu
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Üç il həbs və bir il sürgün cəzasına məhkum edilmiş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Siyamək Mirzayi mühakimə edildiyi Baharistan İnqilab Məhkəməsinin prokuroruna məktub ünvanlayıb.
Mirzayi məktubda keçən günlərdə məzuniyyət haqqından istifadə üçün müraciətinin rədd edildiyini önə çəkərək, məhkəmə qurumunun müstəqil olmadığını, təhlükəsizlik qurumunun göstərişi ilə hərəkət etdiyini qeyd edib.
Türk dil haqları fəalının məktubunun mətni İran Azərbaycanına dair məlumat yayımlayan internet portalları və HRA agentliyi tərəfindən yayımlanıb.
Keçən ilin iyul ayında güneyin Muğan bölgəsindəki təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınan Mirzayini Baharistan İnqilab Məhkəməsi 10 il həbs və iki il sürgün cəzasına məhkum etmişdi. Tehran apellyasiya məhkəməsi bir neçə ay öncə milli fəalın şikayətinə baxıb, hökmü 3 il həbs və Cənubi Xorasanın Təbəs şəhərində bir il sürgündə yaşamaq cəzasına dəyişdirdi.
Mirzayi prokurora ünvanladığı məktubda həbsinə səbəb olan bütün fəaliyyətlərinin qanun çərçivəsində və ölkənin birliyi, islahatı və dincliyi uğrunda həyata keçirildiyini vurğulayıb.
«Mən qələm və ifadə silahı ilə ana dilində təhsil haqqını müdafiə etmişəm. Urmiya Gölündən, bölgəmizin iqtisadi inkişafını və öz etnik kimliyimi müdafiə etmişəm... Bu fəaliyyətlər ölkənin təhlükəsizliyi ilə heç bir ziddiyyət təşkil etməməklə bərabər, ölkənin birliyi, islahatı və dincliyi uğrunda həyata keçirilmişdir», deyə Mirzayi prokurora müraciətində dərc edib.
O əlavə edib ki, «siz mənim ədalət tələb edən səsimi deyil, təhlükəsizlik qüvvələrinin sözünü dinləyibsiniz. Xəyali ittihamlar irəli sürərək, məni məhkum edib və zindana göndəribsiniz. Bəs indi nədən 16 ay həbs müddətini keçirdikdən sonra məzuniyyət haqqı və digər hüquqlarımın verilməsinə mane olursunuz? Sizin heç bir ixtiyar, iradə və müstəqilliyiniz yoxdur. Məzuniyyət haqqının verilməsi mövzusunda belə təhlükəsizlik qurumunun əmri altındasınız».
Siyamək Mirzayi daha əvvəl Tehran vilayətinin prokuror müavininə müraciət edərək ailə üzvlərinin təhlükəsizlik qüvvələrinin basqı və əziyyətlərinə məruz qaldığını açıqlamışdı.