
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
... antimilli qruplar isə hakimiyyət eşqində
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
Prezidentin köməkçisi 59 yaşını tamamladı
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
Prezidentin köməkçisindən sərt sözlər
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir.
«Trend»in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Qlobal Bakı Forumunda «Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?» panelində çıxışı zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür:
«Dünya siyasətində aparıcı qurumların rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar meydana çıxır. BMT-nin münaqişələrin həllinə ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. BMT-nin münaqişələrin aradan qaldırılması ilə bağlı məsələyə eyni mövqedən yanaşmaması dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Təşkilat qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə eyni münasibət göstərmir ki, bu da təşkilatın nüfuzuna böyük zərbə vurur, BMT-yə olan inam getdikcə azalır».
Prezidentin köməkçisi əlavə edib ki, BMT Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində qətiyyətli mövqe nümayiş etdirmir: «Məsələn, Liviya ilə bağlı qətnamələr dərhal yerinə yetirilsə də, Dağlıq Qarabağla bağlı qətnamələr 25 ildir yerinə yetirilmir. Ədalətli fəaliyyət məqsədilə təşkilatda köklü dəyişikliklərin aparılmasına ciddi zərurət yaranır».
Ə.Həsənov bildirib ki, Azərbaycan dünyanın bütün regionlarında münaqişələrin aparılması üçün, sülhün bərqərar olması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir: «İslahatların aparılması Dağlıq Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsi üçün əlverişli imkanlar yarada bilər. Bu gün dünyada dövlətlərin gücü və beynəlxalq qanunlar arasında balansın tapılması dünyanın xilası deməkdir».