Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:45 | 24 mart 2017 | Cümə
Məqaləyə 2361 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
2016-cı ildə Rusiya Azərbaycana T-90S tanklarının çatdırılmasını davam etdirib. Rusiya prezidenti Vladimir Putin bunu hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında, ötən illə bağlı silah ixrasının yekunbları barədə danışarkən deyib. Musavat.com-un məlumatına görə, Rusiya prezidentinin bu açıqlaması erməni mediasında ciddi rezonans doğurub və müzakirələrə səbəb olub.
Məlumatda deyilir ki, Moskva və Bakı arasında T-90 tanklarının təchizatı ilə bağlı razılaşma 2011-ci ildə əldə olunub. 2014-cü ildə isə Rusiya 100 T-90S tanklarının ilk 100 partiyasını Azərbaycana göndərilməsini yekunlaşdırıb. Eyni zamanda iddia olunub ki, Bakı eyni həcmli ikinci partiya ilə təmin olunmaq imkanına malikdir.
Ötən ilin nəticələri haqda danışan Rusiya prezidenti deyib ki, Moskva xaricə 15 milyardlıq silah və hərbi texnika satıb. 2017-ci ildə də Rusiya yeni milyardlıq layihələrin reallaşdırılmasını gözləyir.
Ermənistan mediası ötən ilin aprel döyüşlərindən sonra İrəvanda Rusiyanın Azərbaycana silah satması ilə əlaqədar sərgilənən etirazları da xatırladıb. «Rusiyanın baş naziri Dmitri Medvedev 9 aprel 2016-cl ildə bəyan etdi ki, Moskva Azərbaycana silah satmaqdan imtina etsə, o halda regionda daha mürəkkəb vəziyyət yaranacaq»-erməni mətbuatı yazır. Həmçinin yazıda Rusiya baş nazirinin müdafiə-sənaye kompleksi üzrə müavini Dmitri Roqozinin açıqlamasını xatırladıb. Roqozin demişdi ki, Rusiya imzalanmış müqavilələrə əsasən Ermənistan və Azərbaycanı özünün «strateji müttəfiqləri kimi» silahla təchiz etdiyini demişdi.
Rusiyanın Azərbaycana hərbi texnika satmasından dolayı təşvişini gizlədə bilməyən erməni mətbuatı Ermənistanın 2016-cı ildə ilk xarici ölkə kimi «İsgəndər» raket kompleksi aldığını, həmçinin Moskvadan alınan 200 milyonluq kredit məsələsini da xatırladıb. Ancaq bəllidir ki, Ermənistan Rusiyadan silahı Azərbaycan kimi milyardlarından keçməklə deyil, hədiyyə kimi alır.
Qeyd edək ki, Rusiyanın Azərbaycana ən müasir hərbi texnikalardan sayılan T-90S tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirdiyi hələ ötən ilin yayında bəlli olmuşdu.
O zaman «Uralvaqonzavod» ASC-sinin baş direktoru Oleq Siyenko demişdi ki, Rusiya tərəf üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ancaq üstündən xeyli keçəndən sonra Ermənistanda bu məsələnin tirajlanması, özü də aprel müharibəsinin ildönümü ərəfəsində müzakirəyə çıxarılması təsadüfə oxşamır.