Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:39 | 7 aprel 2017 | Cümə
Məqaləyə 1736 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya Ermənistanda total saxtakarlıqlarla keçən son parlament seçkilərində əsas hədəfinə çatdı. Moskva kriminal Sərkisyan rejiminin əl ilə yeni qanunverici orqanı necə görmək istəyirdisə, ona da nail oldu - təbii ki, qarşılığında qırğıların hakimiyyətinə, «müharibə partiyası»na davamlı hakimiyyət vəd eləməklə.
Bu parlamentdə əvvəlkilərdən fərqli olaraq, ilk dəfə olaraq bir nəfər belə, qərbyönümlü deputat yoxdur. Bu da Kremli məmnun edən başqa bir uğurdur. Seçkilərdə məğlub olan tərəf isə - əlbəttə ki, sadə erməni xalqıdır. Bunun acı nəticələrini o, çox tezliklə öz dərisində hiss edəcək. Artıq hiss etməyə başlayıb. Seçkidən dərhal sonra ölkədə inflyasiyanın, bahalaşmanın yeni dalğası start götürüb. Ermənistan sosial-iqtisadi böhranın növbəti və daha ağır mərhələsinə girib.
Necə deyərlər, «Nə tökərsən aşına, o da çıxar qaşığına». Ayrı sözlə, seçki bitdi, verilən şirin vədlər də bitdi. Ermənilər Qarabağ konflikt də daxil, indi yenə öz irili-xırdalı problemləri ilə baş-başa buraxılıblar. Bir erməni ekspertin vurğuladığı kimi, Sərkisyan rejimini daha seçki ilə dəyişmək mümkün olmayacaq - yalnız xalq üsyanı...
***
«Biz hamımız yaxşı bilirik ki, yeni Milli Məclis hansı yolla formalaşıb, adamlar deputat mandatlarını necə alıblar. Bu, mahiyyət etibarilə o anlama gəlir ki, Ermənistanın suverenliyi yoxdur. Əgər biz buna kimi deyə bilirdiksə ki, Ermənistan öz suverenliyinin xeyli hissəsini itirib, indi isə ərz edə bilərik ki, daha Ermənistanın suverenliyi yoxdur. Suverenliyi olmayan ölkə isə inkişaf edə bilməz. Belə şərtlər altında Ermənistan sözsüz ki, inkişaf üçün resurslara malik deyil. O, Rusiyanın tərkib hissəsinə çevrilib və Ermənistan Rusiya tərəfdən subsidiyalar olmazsa, yalnız onun mərhəməti hesabına yaşaya bilər».
Musavat.com-un məlumatına görə, bu barədə erməni iqtisadçı-eksperti Aşot Yegizaryan son seçkilər və bu seçkilərdən sonra formalaşacaq yeni hökumətlə bağlı 1 in.am saytına şərh edərkən deyib. Erməni ekspert daha sonra xəbərdarlıq edərək deyib: «Nəzərə alsaq ki, bundan sonra Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün potensiala malik deyil, demək, o, heç olmasa, indiki situasiyanı saxlamaq gücündə də olmayacaq. Problem ondadır ki, vəziyyət daha pis olacaq və pisləşdikcə də Ermənistandan daha böyük güzəştlər umacaqlar. Biz isə yaxşı bilirik ki, güzəştlər qoparmaq məsələsində ən həssas sahə »Arsax" (Dağlıq Qarabağ-red.) məsələsidir. Onu da bilirik ki, bu problemin həllində Rusiyanın rolu olmadan Moskvanın Güney Qafqazda görəcəyi bir iş qalmayacaq". İqtisadçının əminliyinə görə, Ermənistanın inkişaf resursu Rusiyada yox, Qərbdədir: «Bu isə Qərb iqtisadi məkanına inteqrasiyadan keçir».
«Əgər Ermənistan indiyə qədər Rusiyanın forpostu adlandırılırdısa, bundan sonra kiçik quberniyası qismində fəaliyyət göstərəcək». Bu fikri isə axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib. Politoloqa görə, Serj Sərkisyan son seçkilərdə erməni xalqının gözünə kül üfürmək üçün bütün vasitələrə əl atıb.
«Adi müşahidələr göstərirdi ki, Sərkisyanın nəinki Ermənistanda, hətta Dağlıq Qarabağda da heç bir sosial dayağı yoxdur.
«Daşnaksütyun» partiyasının parlamentə keçməsi göstərir ki, Sərkisyan seçkini öncədən necə planlaşdırmışdısa, kimə nə qədər səs faizi qoymuşdusa, hamısı seçki komissiyası tərəfindən elan edildi. Hakim Respublikaçılar Partiyasının 50 faizə yaxın səs toplaması isə başdan-ayağa absurddur. Bütün bunlar onu göstərir ki, seçkilərin saxtalaşdırılması prosesinə hətta Rusiya da qarışmışdı. Çünki bu, Rusiyada hazırlanmış xüsusi ssenari idi və bunun əsasında da seçkilər keçirildi. Barmaq izlərinin yoxlanılması da Moskvanın təklif etdiyi bir variant idi. Bunun hesabına minlərlə insan səsvermə hüququndan məhrum edildi. Nəticə etibarilə Rusiyanın Ermənistanda qurduğu seçki kampaniyası Sərkisyana qələbə qazandırdı", - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Ermənistan prezidenti ona edilən bu «yaxşılığın» əvəzini ödəməlidir: «Sərkisyan yəqin ki, baş nazir olacaq və bundan sonra Rusiyaya daha sədaqətlə qulluq etmək məcburiyyətində qalacaq. Moskvanın İrəvan üzərindəki təsiri sürətlə artacaq. Bir sözlə, əgər Ermənistan indiyədək Rusiyanın forpostu adlandırılırdısa, bundan sonra kiçik bir quberniyası olaraq fəaliyyət göstərəcək. Bütün məsələlər birbaşa Kremldən idarə olunacaq».
***
Yeni vəziyyətin şəksiz ki, Azərbaycana, Dağlıq Qarabağ məsələsinə birbaşa dəxli olacaq. Ən əvvəl o anlamda ki, 2 apreldən sonra Rusiya Ermənistan üzərində, Qarabağ məsələsində daha güclü söz sahibliyi qazanıb. Demək, bundan sonrakı dönəmdə işimiz İrəvandan çox, Moskva ilə olacaq.