Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:34 | 15 aprel 2017 | Şənbə
Məqaləyə 1387 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ermənistan hava hücumundan müdafiə qoşunlarının rəis müavini polkovnik Artur Poqosyan «Verba» daşınan zenit-raket kompleksləri əldə etdiklərini bildirib. Onun bu iddiası ilə bağlı hərbi mütəxəssis, ehtiyatda olan polkovnik Kamal Hüseynov Modern.az-a açıqlama verib.
Kamal Hüseynovun sözlərinə görə, Ermənistanın güc strukturlarını təmsil edən şəxslər demək olar ki, hər gün buna bənzər fantastik ideya ilə çıxış edir. Və bu ölkənin «müdafiə qüdrəti» və «yeni silahları» barədə öz ictimaiyyətinə absurd məlumatlar sırımaqla məşğuldurlar.
«Bu dəfə erməni xalqına təsəlliverici xəbəri çatdıran Ermənistanın hərbi-hava qüvvələri adlanan qurumun rəis müavini Artur Poqosyan olub. O, erməni mətbuatına bildirib ki, ötən ilin aprel hadisələrindən dərs çıxaran Ermənistan Müdafiə Nazirliyi havadan müdafiəni gücləndirmək məqsədilə çoxlu sayda «Verba» daşınan zenit-raket kompleksləri əldə edib.
Daim qorxu içərisində yaşayan erməni vətəndaşlarını sakitləşdirmək üçün guya indiyə kimi onların strateji müttəfiqi tərəfindən heç bir ölkəyə deyil, yalnız Ermənistana verilən bu silahın bölgədəki «güc balansını» Yerevanın xeyrinə dəyişməsi cəfəng fikri də yəqin ki, ancaq Poqosyan kiminin fikrinə gələ bilərdi».
Polkovnik vurğulayıb ki, hazırda hər iki ölkənin qüvvələr balansını yaxından öyrənən və vəziyyəti ətraflı təhlil edən istənilən beynəlxalq ekspert cəmiyyəti Azərbaycanın Ermənistandan hərbi baxımdan qat-qat üstün olduğunu birmənalı şəkildə təsdiq edir.
«Ermənistandan fərqli olaraq ölkəmizin maliyyə potensialı ordumuz üçün kifayət edəcək miqdarda ən müasir silah, döyüş texnikası alınması ilə yanaşı həm də hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə imkan verir. A.Poqosyan onu da dərk etməlidir ki, hazırda dünyada aparılan müasir müharibələrin səviyyəsi və formatı dəyişərək artıq zehni inkişaf səviyyəsində olan silahların tətbiqinə üstünlük verilir. Bunu isə aprel döyüşləri zamanı Azərbaycan Ordusu sərəncamında olan ən müasir və məhvedici gücə malik silahları bir qismini tətbiq etməklə bir daha təsdiq etdi.
Bir sözlə, əgər məlum hərbi lətifəni bir qədər başqa şəkildə ifadə etsək Ermənistandakı «Verba»lar «yəqin ki, ərazini örtəcək, amma müdafiə edə bilməyəcək».