vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 18 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
Prezident İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi 08:56 | 13 may 2017 | Şənbə Məqaləyə 1300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident İslam Həmrəyliyi Oyunlarını açıq elan etdi

Bakı 10 gün ərzində bütün islam dünyasının paytaxtı olacaq

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

IV İslam Həmrəyliyi Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi və texniki nümayəndə iştirak edir.

Yarışlar Bakının ən müasir 16 idman meydançasında 21 idman növü üzrə keçirilir (atletika və paratletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, güləş (yunan-Roma, sərbəst və qadın), uşu və zorxana).

Atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır. Qaliblərə 1600 medal təqdim ediləcək.

Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.