vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TURİZM, DAŞIMAÇILIQ  
14:24 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə Batumiyə gedən Bakıya gəlmir?

Qubada 1 şam yeməyinin xərcinə Kobuletidə 2 gün bəs deyənə qədər yeyib-içmək olar

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstana axışan turistlər Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

Səbəblər az deyil.

1. Bakıdan fərqli olaraq, Tiflisdə qədim binalara qənim kəsilməyiblər, şəhərin mərkəzindəki tarixi tikililəri məhv etməyiblər.

2. Gürcüstanda turist yolunmaq üçün «qaz» yox, ölkəyə gəlir gətirən insandır. Bu səbəbdən də turist addımbaşı aldatmağa çalışmırlar. Məsələn, İsmayıllıda yol kənarlarındakı restoranların hamısı qiymətləri 50 faiz qaldırıbsa, menyu vermirsə, Bakının mərkəzindəki restoranlarda ofisiantlar «az yemək» sifariş verəndə gönüqalın ulaq kimi davranırlarsa - Tiflisdə sifarişin məbləğindən asılı olmayaraq səmimi və xoş rəftar var.

3. Gürcüstan turizm sahəsində Türkiyənin təcrübəsindən yararlanır, bizsə hələ də utopik illüziyalara qapılmaqla yanaşı, «sovok» təfəkküründən qurtula bilmirik.

4. Gürcüstanda turizmin inkişafına təkanı böyük otellər yox, kiçik qest-hauslar, hostellər, kafelər verir.

5. Bizdə çay, mürəbbə, dolma və s. bayramları kimi süni, reflektor tədbirlər keçirilirsə, Gürcüstanda az qala hər küçədə öz unikallığı olan kafe, ailəvi «otelcik» var - yəni Bakının şüşə-beton-dəmir-nümayişkaranə qlamurundan fərqli olaraq, gürcülər təkrarsızlığı, autentikliyi təklif edirlər.

6. Bakı ilə müqayisədə Tiflis; Qəbələ və ya Quba ilə müqayisədə Kobuleti və Batumi çox pinti, səliqəsiz, çirkli şəhərlər təsiri bağışlayır. Gürcüstanda olanlar bilir: kim necə istədi, harada istədi tikir, beşmərtəbəli binalar eyvanlarla eybəcərləşir, tikinti keyfiyyəti də sıfır. Amma elə həmin Batumidə çimərliklər hasarlanmayıb, çimərliyin lap yanındakı binalarda günü (bizim pulla) 15-20 manata hər rahatlığı olan otağı (mətbəx+sanqovşaq) kirayəyə götürmək olar. Üstəlik, kafe və restoranlarda qiymətlər də baha deyil.

Məsələn, Qubada 4 nəfərlik ailənin sadəcə, şam yeməyinin puluna Kobuletidə həmin ailə 2 sutka kafe və restoranlarda bəs deyincə yeyə bilər.

7. Gürcüstandakılar anlayırlar ki, təbii sərvətləri olmadığına görə (mineral sular və subtropik meyvələr xaric) turizm yeganə real gəlir mənbəyidir. Bizdə isə turizm sahəsini vergilərlə, korrupsiya və ən başlıcası, diletant, qeyri-peşəkar işlə zəiflədirik.

Və sair və ilaxır...

P.S. Batumidəki ən bahalı, məşhur restoranlardan birində 3 nəfər şam etdik, 90 manat xərcimiz çıxdı. Bu pula Bakıda milçəklərin uçuşduğu, kababçı əvəzinə «kabab bişirən»in olduğu yapalaq kafedə belə, normal şam yeməyi yemək mümkün deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *