vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DİGƏR NÖVLƏR  
14:33 | 7 yanvar 2013 | Bazar ertəsi Məqaləyə 2501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəhəng stadionun tikintisi başlandı

Avropa Olimpiya oyunlarının açılışı Bakı Olimpiyada olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Əsası 6 iyun 2011-ci ildə qoyulan Bakı Olimpiya Stadionunun tikintisinə başlanılıb. Lent.az-ın məlumatına görə, bir müddətdir ki, stadionun yerləşəcəyi Böyük Şor qəsəbəsi, Böyükşor gölünün qurudulmuş hissəsində aktiv iş gedir. Burada torpaq bərkitmə və torpağın dəyişdirilməsi işləri həyata keçirilir. Bundan əvvəl isə ərazidə geoloji araşdırmalar və ilkin təhlillər yekunlaşdırılıb. Torpaq bərkitmə işi yekunlaşdıqdan sonra stadion kompleksinin üst hissəsinin tikintisinə başlanılacaq.

Qeyd edək ki, 6 iyun 2011-ci il tarixində prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə nəhəng idman qurğusunun əsası qoyulub. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. Azərbaycanda ilk dəfə olaraq Olimpiya Media Mərkəzinin yaradılması da planlaşdırılıb.
Daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.
Onu da qeyd edək ki, 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunları Bakıda təşkil olunacaq. Həmin vaxtadək stadionun tikintisinin başa çatdırılması nəzərdə tutulur.