vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KARYERA  
21:51 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 838 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyatda ŞANS bir dəfə verilir?

İş dünyamızın yeganə çıxış yolu əsl peşəkarlardadır

Fəxri AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda yayılan əfsanə və miflərdən biri də «Həyatda şans bir dəfə verilir»dir. Kimlərinsə uğurunda şans amilinin rolu olur. Bunu tək mən yox, hər kəs görür. Bununla bərabər hər kəs həm də bu insanların uğurlarının şansla gəldiyi kimi, şansla əllərindən çıxdığının da şahidi olur.

Davamlı, əsaslı və xarici meyarlara bağlı olmayan müvəffəqiyyət üçün insan ANCAQ özünə, öz gücünə, bilik, savad, təcrübə və şəxsi keyfiyyətlərinə arxalanmalıdır.

Əks halda insanın müvəffəqiyyəti davamlı olmayacaq və uzun müddət çəkməyəcək. Buna görə də bu tərz insanlar «həyatda şans ancaq bir dəfə verilir» kimi düşüncəyə sahib olurlar.

Belə bir hal düşünün : bir insan «ali təhsillidir», kiçik adsız şirkətlərdə və ya dövlət qurumlarında kiçik vəzifələrdə işləyib, gələcək üçün heç bir perspektivi olmayıb. Dövlət qurumundan kənara çıxdığı anda maaşsız və işsiz qalacağından əmindir. Özünü «idarəçi» hesab etsə də, bilir ki, ilk müsahibədə özündə «idarəçi» sözünün heç «i» hərfinin olmadığı aşkar ediləcək.

Bir qohumunun dəvəti ilə onun özəl şirkətində rəhbər vəzifəyə gətirilir. Bu adam üçün bu həqiqətən də bir şansdır. Buna əlavə olaraq, bu adam həqiqətən də haqlı olaraq hesab edir ki, həyatda şans bir dəfə verilir, çünki ona heç bir özəl şirkətdə sıravi operator işini belə etibar etməzdilər. Buna görə də «rəhbər» olan və əlində ciddi mali imkanları olan bu insan «həyatda şans bir dəfə verilir» sloqanı altında çapıb talamağa başlayır şirkəti.

Bu kimi hadisələr nəticəsində də ölkədə miflər və əfsanələr yaranır: «qohum olmadan iş tapmaq mümkün deyil», «ancaq «tapş» lazımdır», «həyatda şans bir dəfə verilir».

Qətiyyən elə deyil. Bunun sübutu isə ikinci insan misalında görüləcək.

Digər insan oxuyub, özünü inkişaf etdirib, daim seçdiyi peşədə irəli getməklə bərabər əziyyət çəkib və xarici dil öyrənib, ölkədə biznes sahəsində tədbirlərlə iştirak edir və peşəkarları tanıyır və özünü tanıdır. Bu kimi insan üçün hər görüş şansdır, çünki belə peşəkarı hər kəs işə almaq istəyər. Bu peşəkarın iş tapma, işsiz qalma kimi dərdi yoxdur.

Peşəkar insanları motivasiya etməyi bilir, emosional intellektin nə olduğunu bilir, əməkdaşlar və müştərilərlə doğru ünsiyyət qurur, biznes prosedurları tənzimləyir, standartları tətbiq edir, müştəri məmnunluğu, sadiqlik sistemləri kimi fərqli müasir texnika və alətlərdən istifadə edir və ən əsası, işə peşəkarları cəlb edir, çünki inanır ki, ancaq peşəkar komanda ilə güclü nəticə əldə etmək mümkündür.

Digəri nə edir? «Qohumumdur, canım ona qurbandır» deyir və əslində haqlıdır da: bilik və savad olmayanda, canından başqa verəcəyi heç nə yoxdur.

Nəticə? Şirkətin sahibi görür ki, can verməklə iş getməz və peşəkarları işə cəlb edir. «Rəhbər» görür ki, işləri, nəzarəti və maddi imkanları itirir. Nə etməlidir? Doğrudur…. Bilik və savadla rəqabət apara bilməyəcəyinə görə keçir klassik fənlərə : torba tikmək, dedi-qodu, şər atmalar və s.

Azərbaycanda hər şey dəyişir. İş dünyası, sahibkarların düşüncə tərzi. Və artıq hər kəs anlamağa başlayır ki, bizim iş dünyamızın yeganə çıxış yolu ƏSL PEŞƏKARLARDADIR, kim ki canını yox, EFFEKTİV 8 saatını verəcək işi və müştəriləri üçün.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *