vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
14:00 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 3140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qafqazın geosiyasi strategiyası Bakı limanından başlayır»

İtaliyalı analitik: «Ələt Avrasiya regionunda ən vacib kommersiya və logistika mərkəzlərindən biri olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) saytında «Qafqazın geosiyasi strategiyası Bakı limanından başlayır» adlı analitik məqalə dərc olunub.

İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) analitiki Domenico Letizia Azərbaycanın şimal-cənubunu şərq-qərb dəmiryol xəttlərinə birləşdirən ən yaxın qonşu dəmiryoluna, eləcə də Azad Ticarət Zonasına dəmir yolu ilə çıxışını təmin edən Bakı limanının Qafqazın geosiyasi strategiyasında oynadığı rol təhlil edib.

Məqalədə qeyd olunur ki, Bakı-Tiflis-Qars dəmir yolunun yaxın vaxtlarda işə salınmasından sonra Avropadan Mərkəzi Asiyaya, Çinə yük daşımaları üçün faydalı bir alternativ marşrut olacaq. Bakı limanı 2017-ci ilin sonunadək ilk dizayn mərhələsini başa çatdırmaq üçün illik həcmini 11,5 milyon ton və 50 min konteynerə çatdıraraq, Çin və Avropanın ticarətini asanlaşdıracaq. Regional səviyyədə yeni liman əsas Avrasiya bazarlarından ən optimal məsafədə yerləşməsi ilə, dünya ticarətinə təsir göstərəcək mühüm logistika mərkəzi olacağından xəbər verir.

Araşdırmadan alınan proqnoza görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt) Avrasiya regionunda ən vacib kommersiya və logistika mərkəzlərindən biri olmalıdır. Bu, ölkənin iqtisadiyyatını gücləndirmək və diversifikasiya etmək üçün daha geniş Azərbaycan strategiyasının bir hissəsidir.

İtaliyalı analitikin gəldiyi qənaətə görə, Beynəlxalq səhnədə davam edən siyasi proseslər, şimal-cənub dəhlizi Azərbaycan üçün yeni geosiyasi prioritetlərə və Qafqazın gələcəyinə təsir edəcək. Avropa ilə Asiya arasındakı və Çin, Türkiyə və Rusiya kimi əhəmiyyətli bazarlara yaxın olan yeni Bakı limanı Avrasiyada ən böyük kommersiya mərkəzinə çevriləcək.