vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:40 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 3025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lyapis-lazur»

Azərbaycan 4 ölkə ilə birgə nəqliyyat dəhlizi yaradır

MÖVZU İLƏ ƏLAQƏLİ

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən «Lyapis-lazur» nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıblar.

Sənədlər Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində imzalanıb.

Dəmir yolları və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya, Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan da İstanbula uzanacaq.

Layihənin büdcəsi 2 milyard dollardır. Nəqliyyat dəhlizinin yaradılması barədə məsləhətləşmələr 2012-ci ildə başlanıb. Milli dəmir yolları və avtomobil magistralları bu nəqliyyat dəhlizinin mühüm hissəsini təşkil edir.

Nəqliyyat dəhlizinin adı lazurit mineralının rəngindən götürülüb ki, bu da qədimdə Mərkəzi Asiyadan Yaxın Şərqə, Avropaya və Şimali Afrikaya aparılan əsas əşyalardan biri olub.