Neft və qaz kəskin bahalaşdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Enerji qiymətləri kəskin artdı
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Atəşkəs xəbəri qara qızıla mənfi, birjalara isə müsbət təsir etdi
Yaxın Şərqdə ən çox itki BƏƏ-nin payına düşüb
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Nazir: “Hörmüzün bağlanması layihələrin davamını çətinləşdirir”
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Yeni kvota müəyyən edilib
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-da Şükranlıq Günü münasibətilə birjaların işləməməsi neftin qiymətinə pozitiv təsir göstərib. APA TV-nin məlumatına görə, London birjasında son 24 saat ərzində «Brent» markalı neftin qiyməti 63,57 dollara kimi yüksəlib. Səhər seanslarında isə qiymətlər 63,41 dollar səviyyəsinə enib. Qərbi Texas nefti də dəyər qazanmaqda davam edir. Bu səhər keçirilən ticarət sessiyalarında «WTİ» markalı neftin bir bareli 58,53 dollardan satılır, iki marka arasında fərq isə uzun müddətdən sonra ilk dəfə 5 dollardan az olub. Bu, neftin bahalaşmasına rəğmən qiymətlərin formalaşmasında ABŞ qaynaqlı amillərin rolunun güclənməsi deməkdir.
Bu amillərdən biri ötən həftə ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin azalmasıdır. Energetika Nazirliyinin rəsmi hesabatına əsasən, ölkədə 457 milyon barel xam neft ehtiyatı qalıb, həftə ərzində ehtiyatların həcmi 1,9 milyon barel azalıb. Strateji neft ehtiyatlarının isə 1,7 milyon barel azaldığı açıqlanıb.
Bu gün birjalarda həftənin son ticarət sessiyaları keçiriləcək. Yekun qiymətlərə təsir göstərəcək amil yenə də ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair hesabat olacaq. Son həftə ərzində qiymətlərin yüksək həddə qalması ABŞ və Kanadada neft hasilatını stimullaşdırır, bu səbəbdən buruqların sayının bu həftə də artması gözlənilir. Ötən həftə ABŞ-da gündəlik hasilat həcmi 9,65 milyon barelə yüksəlib ki, bu da son iki ilin ən rekord göstəricisidir.