vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SOSİAL  
16:40 | 5 yanvar 2018 | Cümə Məqaləyə 3092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aldana bilərsiniz!

Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar xarici ölkələrdən, o cümlədən Türkiyədən ev alan Azərbaycan vətəndaşları artıb. İzmir, İstanbul, Antalya və digər regionlardan hətta bir milyon dəyərində də ev, villa və digər danışmaz əmlaklar alınır. Ekspertlər hesab edir ki, xarici ölkələrdən ev alan vətəndaşlar ehtiyatlı davranmalıdırlar. Çünki bəzi hallarda aldadılma halları baş verir.

Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib ki, Azərbaycanda Avropa və Türkiyə danışmaz əmlak bazarına maraq yüksəkdir. Ötən il ərzində 248 Azərbaycan vətəndaşı Türkiyədən daşınmaz əmlak əldə edib. Amma əmlak alanların çoxu Azərbaycan rieltor şirkətlərinə müraciət etmirlər və birbaşa həmin şirkətlərə yönəlirlər. Bu isə bəzi hallarda vətəndaşların adladılma riskini artırır. Xüsusilə də evlərin qiymətində aldadılma hallarına daha çox rast gəlinir: «Məsələn, 100 min avroluq əmlak  150-200 min avroya satılır. Ancaq vətəndaş aldığı əmlakı satmaq istəyəndə aldığı qiymətdən iki dəfə aşağı sata bilmir».

V.Axundovun sözlərinə görə, Azərbaycanda da olduğu kimi Türkiyədə də bəzi hallarda evlər katlavandan satılır, amma tikinti başa çatmır. Pulu əvvəlcədən ödəyən yerli vətəndaş isə çıxılmaz duruma düşür.

O bildirib ki, xaricdən əmlak almaq istəyən vətəndaşlar yerli rieltor şirkətlərinə müraciət etdikdə isə belə risklərdən uzaq olurlar: «Yerli rieltor şirkətləri işlədikləri ölkələrdəki əmlak bazarını monitorinq edib müştəriyə bazar üzrə qiymətləri dolğun şəkildə təqdim edirlər. Nəticədə, İspaniya, İtaliya və yaxud Türkiyədə əmlakın qiyməti 100 min avrodursa, müştəriyə artıq 150-200 min avroya təklif edilə bilmir».