vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AİLƏ  
19:21 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 3701 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oğlan uşaqlarının saçlarını uzatmayın!

Valideynlərə xəbərdarlıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Mütəxəssislər azyaşlı uşaqların saçlarının uzadılmasına qarşıdırlar. Xüsusilə də oğlan uşaqlarının saçlarının vaxtlı-vaxtında kəsilməsinin tərəfdarıdırlar.

Ailem.az xəbər verir ki, mütəxəssislərin belə düşünmələrinin əsl səbəbi isə psixoloji mənada uşaqların cinsi şəxsiyyətlərindən təsirlənə biləcəkləridir.

Ümumiyyətlə, mütəxəssislər hesab edir ki, valideynlər uşaqlarının saçlarını uzatmaq istəyirlərsə, 3-4 yaşından sonranı gözləməlidirlər. Bəs nə üçün saç uzatmaq üçün 3-4 yaşdan sonranı gözləmək lazımdır? Bu yaşlara qədər gecikdirilməsinin səbəb odur ki, uzun saçlar tökülən və ya qopan zaman tüklər uşaqların əllərinə dolana bilər və bu tükləri ağızlarına apara bilərlər. Bu da uşaqlarda bir çox problemlərə səbəb ola bilər.

Uzun saça qulluğun çətin olması ilə bərabər tərləməyə də səbəb olduğu unudulmamalıdır. Həmçinin qısa saç dərinin zərər görməsinə də əngəl olacaq.