vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TEXNİKA  
08:52 | 5 may 2018 | Şənbə Məqaləyə 2822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jan Koum “Facebook”dan gedir

Messencerin komandasının digər əməkdaşlar ilin sonunda şirkətdən ayrılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur “WhatsApp” messencerinin həmtəsisçisi və CEO-su Jan Koum, “Facebook”dan ayrılacağını elan edib. O, daha da irəli getməli və bir qədər istirahət etməli olduğunu bildirib.

“Bizim Brayn ilə “WhatsApp”ı yaratmağımızdan artıq demək olar ki, 10 il keçib. Bu, ən yaxşı insanlarla birgə inanılmaz macəra idi. Lakin mən artıq daha da irəli getməliyəm. Mənim bu cür inanılmaz kiçik komanda ilə çalışmağımda və bizim məqsədyönlülüyümüzün bütün dünya üzrə bu qədər insanın istifadə etdiyi messencerin yaratmasını izləməkdə bəxtim gətirdi. Mən o vaxtda gedirəm ki, “WhatsApp” mənim fərz etdiyimdən də böyük bir şeyə çevrilib. İnanılmaz dərəcədə güclü komanda təəccüb doğuracaq şeylər etməyə davam edəcək. İT sahədən kənarda mənim xoşuma gələn şeylərlə məşğul olmaq üçün mənə bir qədər vaxt lazım olacaq. Məsələn mən nadir “Porsche” modellərini yığacam, öz avtomobillərimlə məşğul olacam və s. Və mən yenə də “WhatsApp”a heyran olacam. Lakin bu dəfə kənardan. Bu macəranı mümkün edən hər kəsə təşəkkürlər” - deyə Jan Koum bildirib

Technote.az-a istinadən bildirir ki, “Facebook” şirkəti 2014-cü ildə Brian Acton və Jan Koum-dan “WhatsApp”ı alandan sonra bu iki şəxs “Facebook”a keçdilər. Brayn Akton (Brian Acton) 2017-ci ildə “Facebook”dan ayrıldı. Həmin vaxtdan o, “Signal” messencerinin yaradılmasına 50 milyon dollar investisiya yatırdı. 2018-ci ildə isə “#DeleteFacebook” kampaniyasına qoşularaq istifadəçi məlumatlarının sızdırılması səbəbilə hamını “Facebook” tətbiqini smartfonlardan silməyə çağırdı. “Washington Post”un məlumatına əsasən Jan Koum “Facebook”u və direktorlar şurasındakı yerini sosial şəbəkənin menecerləri ilə fikir ayrılığı səbəbilə tərk edir.

Belə ki, şirkət menecerləri messencerin şifrələmə sisteminin bir qədər zəiflədilməsini tələb edirdilər. Beləliklə onlar reklam targetinqinin daha dəqiq olması üçün tətbiq istifadəçilərinin məlumatlarının emalı ilə məşğul ola bilərdilər. “Facebook”da istəyirdilər ki, “WhatsApp” tez bir zamanda gəlirli olsun. Koum isə istifadəçilərin özəl məlumatlarının qorunmasında qəti fikir yürütmüşdü və sondan-sona (end-to-end) şifrələnmənin tərəfdarı idi. Tez-tez baş verən mübahisələr səbəbilə Koum “Facebook” kampusunda az hallarda olurdu. Messencerin komandasından olan digər əməkdaşlar da Koumun ardınca şirkətdən ayrılmaq istəyirlər. Lakin onlar bunu ilin sonunda edəcəklər. Belə ki, məhz həmin vaxtda onlar “Facebook” səhmlərinə opsionlar əldə edəcəklər.

“Facebook”un CEO-su Mark Zakerberq isə Jan Kouma gördüyü işə görə təşəkkürlərini bildirib. “Sənin mənə öyrətdiyin hər şey üçün, əsasən də şifrələmə və idarəetmənin mərkəzləşdirilmiş sistemlərə deyil insan əllərinə ötürülməsi üsulları sahəsindəki biliklərə görə minnətdaram. Bu dəyərlər həmişə WhatsApp-da qalacaq”, - deyə Zakerberq bildirib. Jan Koum 1992-ci ildə Kiyevdə anadan olub. 16 yaşında o, anası ilə birgə Kaliforniyaya köçüb. “Yahoo” şirkətində işlədiyi bir vaxtda Brayn Akton ilə tanış olub və 2009-cu ildə onunla birgə “WhatsApp” messencerinin yaradılmasına start verib. Hazırda Koum “Bloomberg”in milyarderlər siyahısında 135-ci yeri tutur. Onun sərvəti 10.5 milyard dollar dəyərində qiymətləndirilir.