vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:46 | 13 may 2019 | Bazar ertəsi Məqaləyə 2486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngilislərin səhvi

Final günü dünya bizi dinləyib və bizi eşidəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol siyasətin tam içindədir. Bakıda UEFA kubokunun finalı Azərbaycanın xeyrinə işləməli ikən anidən eyni ölkədən – Böyük Britaniyadan 3 hücumla üzləşdik. Birincisi, “Liverpul” məşqçisi finalın Bakıda keçirilməsinin yumşaq desək yanlış olduğunu bildirdi, ikincisi “Arsenal”ın erməni oyunçusu Qenrix Mxitaryanın Bakıya gəlişindən narahat olduqlarını söylədilər, üçüncüsü Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına axşamlar Bakıda ehtiyatlı olmaları vacibliyini vurğuladı.

Bunların hamısı yalandır. Sadəcə, ingilislər ermənilərin çörəyinə yağ sürtdülər. Bunu unutmayacağıq. Ayrı vaxt Böyük Britaniya XİN-i Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu və Azərbaycandakı sabitliyin böyük investisiyalara yol açdığından danışardı, son açıqlaması bunun tam tərsi idi. Hansı erməni saytını açsan ingilislərin “iddialarından” yazır, yəni düşmənimiz Londonun sayaqlamalarını bizə qarşı informasiya müharibəsində istifadə etməyə çalışır.

Əlbəttə, etiraz etməliyik, bu bizim haqqımızdır. Ancaq futbol termini ilə desək önəmli olan oyunun ikinci hissəsinə yaxşı hazırlaşmaqdır. Şübhə etmirəm ki, final oyunu yüksək səviyyədə keçəcək, özlərini pis aparmasalar bir ingilis azarkeşin burnunu da qanamayacaq və finaldan sonra “Liverpulun” məşqçisi hətta “üzr istəyirəm, yanlış fikir söylədim, Bakıdakı final unudulmaz idi” demək məcburiyyətində qalacaq, üstəgəl Mxitaryan da top qova biləcək. Ona görə final gününə və ondan sonrakı günə hazırlaşıb dünyaya sübut etməliyik ki, UEFA rəhbərliyi final oyunu üçün Bakını seçməkdə düzgün addım atıb. Final günü və sabahısı artıq beynəlxalq aləm ingilisləri yox, artıq bizi eşitməlidir. Çünki əməlimizlə ingilislərin necə böyük səhvə yol verdiklərini göstərəcəyik.