57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
15:31 | 10 iyul 2019 | Çərşənbə
Məqaləyə 2093 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Rusiya müdafiə nazirinin birinci müavini və silahlı qüvvələrin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycandadır. O Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.
Valeri Gerasimovla Tod Uolters arasında iyulun 3-də telefon danışığı olub. Deməli, elə həmin danışıqda onlar Bakıda görüşəcəklərini razılaşdırıblar. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır.
Bakıda əvvəllər də belə görüşlər olub. Ancaq həmin görüşlərdə Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə görüşürdü. May ayında Skaparottini Tod Uolters əvəz edib. Yəni bu Uoltersin Bakıda Garsimovla ilk görüşüdür.
Bu görüşlərdən böyük nəticə əldə edəcəyini gözləməyə dəyməz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dailoqun əhəmiyyəti böyükdür.
Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir. Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir. (“Atlas” Araşdırmalar Mərkəzi)