vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
15:23 | 25 iyul 2019 | Cümə axşamı Məqaləyə 420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““Crocus Group” iflas olar”

Araz Ağalarov kosmodrom tikməkdən imtina etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şərq” Kosmodromunun ikinci mərhələsinin inşası üçün müraciət edənlər arasında əvvəllər adı çəkilən “Crocus Group” şirkətinin rəhbəri, iş adamı Araz Ağalarov layihədə iştirakdan imtina edib.

A.Ağalarov imtinasını işin uğurla başa çatması üçün kosmik limanın inşasına ayrılan vəsaitin az olması ilə izah edib.

2019-cu ilin aprel ayında Baş nazirin müdafiə sənayesi kompleksinə nəzarət edən müavini Yuri Borisov RBK-ya bildirmişdi ki, “Crocus Group” “Şərq” Kosmodromunun ikinci mərhələsinin inşaatçısı ola bilər. Ağalarovun özü RBK-ya açıqlamasında şirkətinin hökumətdən müvafiq göstəriş alacağı təqdirdə kosmodromun tikintisini başa çatdıra biləcəyini söyləmişdi. The Bell-ə verdiyi müsahibədə isə iş adamı ona həqiqətən də belə bir təklif olunduğunu, amma həmin təklifi rədd etdiyini söyləyib.

“Dedim ki, hazıram, amma bu pula yox. Məndən soruşanda bildirdim ki, iki xəbər var. Birincisi, kosmik limanın ikinci mərhələsini iki ilə inşa etmək olar. İkincisi — o pul ki bunun üçün nəzərdə tutulub, onunla olmaz. Əgər vəsaiti artıracaqsınızsa, onda iki il sonra hər şeyi alacaqsınız. Yox əgər, artırmayacaqsınızsa, onda bağışlayın”, - deyə iş adamı məsələyə aydınlıq gətirib.

“Crocus Group”un sahibi bildirib ki, kosmodromun tikilib qurtarması üzrə təklifdən, həmçinin “Roskosmos”un başçısı Dmitri Roqozinin “Şərq”in mümkün inşaatçıları arasında adlarını çəkdiyi “Stroytransqaz” və “Stroyqazmontaj” şirkətlərinin sahibləri Gennadi Timçenko və Arkadi Rotenberq də imtina ediblər.

A.Ağalarovun sözlərinə görə, “Şərq”lə bağlı problem büdcədən maliyyələşən digər irimiqyaslı obyektlərin tikintisi üçün podratçı axtararkən ortaya çıxan problemlərə bənzəyir.

"Bu ona görə belə olur ki, smetalar 2014-cü ilin reallıqlarına, yəni 30 rublun bir dollara olduğu dövrə əsaslanaraq hesablanıb. Halbuki o vaxtdan bəri bütün qiymətlər dəyişib. Tutaq ki, sizə körpü, kosmodrom, uzun bir yol çəkmək təklif olunur. Ancaq saymağa başlayanda başa düşürsən ki, bütün işlərin nəticəsiz qalacaq",-deyə A.Ağalarov vurğulayıb.

“Əgər kosmodromu həmin pulla tikməyi Rusiya Prezidenti Vladimir Putin xahiş etsəydi, razılaşardınızmı” sualına cavabında iş adamı deyib: “Tikərdim, ancaq xəbərdarlıq edərdim ki, bu, “Crocus Group”un iflasına səbəb olacaq. Amma o bunu təklif etməzdi, çünki özü şəxsən bəyan edib ki, indiki smeta ilə heç kim işləmək istəməz”.

Xatırladaq ki, Rusiyanın Baykonurdan asılılığını aradan qaldırması üçün nəzərdə tutulan “Şərq” Kosmodromunun tikintisinə 2011-ci ildə başlanıb. Amma tikinti işlərinin tamamlanma müddəti dəfələrlə uzadılıb. Bundan başqa, bu proses daim əmək haqqının ödənməməsinə qarşı etiraz aksiyaları, cinayət işləri ilə müşayiət olunub.

Rusiya Baş Prokurorluğunun məlumatına görə, tikinti işlərinin yubanması nəticəsində dövlətə dəyən zərərin məbləği 10 milyard rubl təşkil edir...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *