Neft qiymətləri yüksəlişdə
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
21:15 | 29 iyul 2019 | Bazar ertəsi
Məqaləyə 2488 dəfə baxılıb
Şriftin ölçüsü
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
Çinin Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, iyun ayı ərzində İranın bu ölkəyə ixrac etdiyi neftin həcmi kəskin azalıb.
Belə ki, cari ilin iyun ayında İrandan Çinə gündəlik 208 min 205 barel neft göndərilib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 60 faiz azalma deməkdir.
May ayı ərzində isə İran hər gün Çinə təxminən 254 min barel neft satıb. Ümumilikdə, Çin cari ilin ilk 6 ayı ərzində İrandan gündəlik orta hesabla 437 min barel neft idxal edib.
2018-ci ilin noyabrında Amerikanın İranın neft sektoruna qarşı sanksiya qəbul etməsindən öncə Çin bu ölkədən gündəlik 690 min barelə yaxın neft alırdı.
ABŞ-ın may ayının əvvəlində İrandan qara qızıl idxal edən ölkələrə tanıdığı istisna müddətini uzatmamasına baxmayaraq, Çinin bəzi şirkətlərinin bu ölkədən gizli yollarla neft aldığı barədə məlumatlar var.
Amerikanın Maliyyə Nazirliyi iyulun 22-də özünün rəsmi saytında bəyanat yayaraq, beynəlxalq sanksiyaları pozmaqla, İrandan neft idxalını davam etdirən Çinin “Zhuhai Zhenrong” şirkəti və onun müdiri xanım Youmin Li-yə qarşı sanksiya tətbiq etdiyini bildirib.
Bundan başqa, naviqasiya şirkətləri Çinin “Sinopek” və “SNPS” şirkətlərinin İranın onlara ödəməli olduğu borcunun əvəzində bu ölkədən günlük 186 min barel neft aldıqları barədə məlumatlar yayıblar.
Qeyd etmək lazımdır ki, bu iki şirkət İranın “Azadeqan” və “Yadavəran” yataqlarının işlənməsi işlərini həyata keçirib. Tərəflər arasında imzalanmış müqaviləyə görə, İran bunun ödənişini onlara nağd pulla deyil, neftlə ödəməlidir. “Politiko” nəşri bu yaxınlarda həmin şirkətlərin İrandan borclarını tam ala bilmələri üçün Amerikayla müzakirələr apardıqları barədə məlumat yaymışdı. Şirkətlər Amerikadan İrandan neft alışını davam etdirdikləri təqdirdə, onlara qarşı sanksiya tətbiq etməməyin istəyir.