vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 oktyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:11 | 22 iyul 2020 | Çərşənbə Məqaləyə 748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ İrəvana arxa çevirdi

GÜAM ölkələrinin haqq səsi olan 296-cı düzəliş nə deməkdir?

R.İBRAHİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Dövlət Müdafiəsi Aktı” (National Defense Authorization Act – NDAA) layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb.

Proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.

Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədi ilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib.

Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. (Vaxt.az)

Bəs bu 296-cı düzəliş nə deməkdir? Qərara aldım ki, ABŞ-da qəbul edilən sənəd barədə daha ətraflı yazım.

- Deməli, çox adamın başa düşəcəyi kimi Düzəliş (amendment) özü özlüyündə bir sənəd deyil. Bir sənədə “düzəltmə” edilib. Bu hansı sənəddir belə? “National Defence Authorisation Act.” - “Dövlət Müdafiəsi Aktı”dur. Həmin sənət ABŞ-ın Müdafiə Departamentin Gəlirlərini və Xərclərini müəyyən edir. Yani büdcənin bir alt başlığıdır. Ayrı olaraq tərtiblənməyə 1961-ci ildən başlanılıb. 296-ci Düzəliş və ya Əlavə, həmin sənədə edilib.

- ABŞ-ın Müdafiə xərcləri ancaq silah, sursat, avadanlıq, əsgərin ehtiyaclarını qarşılama ilə məhdudlaşmır. Həm də beynəlxalq münasibətlərə baxan tərəfi də var. Bu hissə üçün də zaman-zaman müxtəlif ölkələrə kömək edilir fərqli istiqamətdə. Misal üçün başqa bir sənədin 907-ci Düzəlişi (“Act of Freedom”) dondurulduqdan sonra, Azərbaycan həmin NDAA çərçivəsində son illər hiss olunacaq şəkildə maddi və sursat yardımı alıb (2018-də 58.6 milyon dollar, 2019- 42,9 milyon dollar. Əvvəllər yardımlar 2-3 milyonu keçmirdi). Yəqin ki, eşitmisiniz ki, son illər hərbi yardım Ermənistana azalıb. O da bu başlıq altında edilirdi (2018-də 4.2 milyon dollar, 2019-2.8 milyon dollar, 2020- 2.1 milyon dollar).

Son neçə il NDAA xərcləri kəskin şəkildə artıb və gözlənilir ki, bu 2021-ci ildə də davam edəcək.

NDAA dediyim kimi beynəlxalq münasibətlər çərçivəsində fəaliyyətləri mövcuddur. Misal üçün, Çinlilərin “Huavey” şirkətin ABŞ-da fəaliyyətinin məhdudiyyəti, Rusların Şımal axının tikintisində məhdudiyyətlər həmin sənəd çərçivəsində gətirilib.

Gələk 296-cı Düzəlişə. Bu 2021-ci il üçün nəzərdə tutulmuş NDAA Qaydalar Komissiyasında edilən Düzəlişlərin arasından biridir. Həmin sənəd dörd ölkənin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) qanunsuz işğal olunmuş ərazilərdəki vəziyyəti bir mənalı olaraq təsdiqlənib. Orada yaşamış və məcburən köçmüş, ya da münaqişə zamanı ölmüş insanların vəziyyətini müəyyənləşdirmək üçün əlavə edilib. Həmin arayışı Müdafiə və Dövlət Departamentləri birgə aparacaq.


- Azərbaycan digər üç Post-Sovet ölkə ilə birlikdə işğal olunmuş ölkələr siyahısına alınıb. Əlbəttə ki, bu Ukraynanın hesabına olub, amma özü özlüyündə əhəmiyyətli hadisədir.

- Nə deməkdir bu? Birbaşa sənəddən çıxan nəticələr. Hər dörd dövlət üçün münaqişələrdən birbaşa zərər çəkmiş əhaliyə yardım təmin ediləcək. Əlavə müxtəlif proqramlar tərtiblənəcək.

- Sənəd çərçivəsində ABŞ işğal olunmuş ərazilərin azad olunmasını, və dinc əhalinin geri dönməsinə şərait yaratmağa tələb edəcək. Burada Azərbaycanın üzərinə əhəmiyyətli iş düşür. Hər bir mülk itirən şəxsin konkret dosye şəklinə dönüşdürülməsinə. Azərbaycanı güclü etdirəcək xüsus, AŞ İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" aparılan davaya qərarı önəmli presedent oynayır.

- Şübhəsiz ki, sənəd əsasən Rusiyaya qarşı tərtib edilib. Rusiya Ukraynaya aqressor hesab olunduğu üçün, ona qarşı sanksiyalar və embarqolar tətbiq edilir. Misal üçün, Ermənistana qarşı nə aqressor olaraq açıq şəkildə adlandırılır nə də ki, sanksiyalar tətbiq olunub indiyə qədər. İlk dəfə olaraq Ermənistan Rusiya ilə eyni məcraya qoyulur, ki bu o deməkdir ki, həmin sənəd çərçivəsində Azərbaycan Ermənistana qarşı, Rusiyaya qarşı tətbiq olunan tədbirlərin həyata keçirilməsini tələb edə bilər. Diplomatiyanın istiqaməti əsasən bu yöndə olacaq. Yeni Xarici İşlər Nazirin fəaliyyət sahəsi.

- Sənət dörd GUAM ölkəsini əhatə etdiyi üçün, bu təşkilat üçün də birgə hərəkət ssenarisini müəyyənləşdirib. Daha təsirli olmaq üçün birgə hərəkət etmək çox daha məqsədəuyğundur. Bu həm də ölkələr arasında münasibətləri də daha da gücləndirər.


- Qeyd etmək lazımdır ki, Erməni lobbisi çox səy göstərdi ki, həmin sənəd keçməsin. Eyni zamanda Azərbaycana qarşı bir xeyli Düzəliş təklifi edildi ki, heç biri keçmədi. Bu onu göstərir ki, ABŞ-ın bu istiqamətdə ciddi iradəsi var, və Azərbaycan orda ciddi işləyir.


- Sənəd hələ tam qəbul olunmayıb. Hələ Nümayəndə Palatasında və Senatda təsdiqlənməlidir və prezident tərəfindən imzalanmalıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *