
Qızılın FED gözləntiləri
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal zirvənin ətrafında ticarət olunur
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
Qiymətli metal ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir
Növbədə inflyasiya məlumatları var
Qısa müddətli korelasiya neqativə döndü
Qiymətlər FED faiz endirim gözləntiləri ilə tarixi zirvəyə yaxındır
Bu gün və sabah açıqlanacaq məlumatlar gələcəyi müəyyən edəcək
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
Qızıl rekord təzələdi
Qiyməti 5.000 dollara qədər yüksələ bilər
ABŞ göstəricilərindən sonra enerji və kənd təsərrüfatı ucuzlaşdı, metallar bahalaşdı
Qiymətli metal FED gözləntiləri ilə 3 600 dolları aşaraq zirvəyə çatdı
Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür.
Bəs qızıl zinət əşyalarını necə secmək lazımdır? Bu sual çoxlarını maraqlandırır.
Əvvala, qızılın probuna baxmaq lazımdır. Vaxtaşırı səyahətdə olan şəxslər müxtəlif ölkələrdə qızıla verilən müxtəlif problarla qarşılaşır. Bu cür insanlar özünə sual verir: “Görəsən bu qızıl necə probdur?” Keçmiş SSR-i ölkələrində ocümlədən Azərbaycanda 1000-lik prob sistemdən istifadə edirlər. Qərbdə isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasən təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir. Qızılın karat və prob nisbətləri aşağıda sadalanmışdır:
24k – təmiz qızıl. tərkibi 100% qızıldan ibarətdir.
18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər matallardır. Tərkibində 75% təmiz qızıl var.
14k – bizim 583 prob qızıldır. Tərkibində 58.3% təmiz qızıl var. Bəzi ölkələrdə 585 prob kimi qəbul olunub.
12k – tərkibində 50%-i qızıl, qalanı isə digər dəyərli metallarla zəngindir.
10k – bizim 417 prob qızıldır. tərkibində 41.7% təmiz qızıl var.
ABŞ-da qızılları bu sistemlə hesablayırlar. Avropada isə yuxarıda sadalananlardan yalnız 18k, 14k və 10k qızıl istifadə olunur. Gündəlik isifadə üçün məsləhət görülən qızıl probu 750-dir(18k).
Qızıla nəyə görə başqa metallar qatırlar?
Satışda təmiz qızıldan(24k ) olan zinət əşyaları da tapmaq mümkündür. Lakin qızıl yumuşaq metal olduğundan, gündəlik istifadə üçün yaramır. Məhz, bu səbəbdən qızılın tərkibinə müxtəlif metallar qatırlar. Zərgarlar bu metalların köməyi ilə nəinki qızılın möhkəmliyini artırır, hətta onun rəngini də dəyişə bilir. Məsələn, ağ qızılı almaq üçün sarı qızılın tərkibinə nikel və ya palladi əlavə edirlər. Acıq cəhrayı(розоватый) qızıl almaq üçün sarı qızılın tərkibinə mis əlavə edirlər. Qızılla gümüşü qatdıqda isə qızıla yaşıla calan rəng verir.
Qızılı müxtəlif metallardan düzəldilmiş zinət əşyalarının üzərinə də örtürlər. Bu çür zinət əşyalarında qızılın qalınlığının cox olması vacibdir, əks halda qızıl sürtülmə nəticəsində yeyilər. Qeyd edim ki, bu forma qızılara tələbat cox olmadığından satışda cox az rast gəlinir.