vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
20:49 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 750 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin yaraladığı məktəbli qızdan xəbər var

9-cu sinif şagirdi Şəlalə əməliyyat olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Gədəbəy rayonunun düşmənlə sərhəd olan Şınıx bölgəsində yerləşən Göyəlli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Publika.az xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. Rayon mərkəzi xəstəxanasının həkimləri yaralını əməliyyat ediblər. Həkimlər məktəbli qızın vəziyyətinin kafi olduğunu bildirirlər.

Xatırladaq ki, 9-cu sinif şagirdi olan Ş.Tağıyeva öz həyətlərində gəzərkən düşmən gülləsinə tuş gəlib. Onu da qeyd edək ki, Ş.Tağıyeva virtualaz.org saytının siyasət şöbəsinin müdiri Fərhad Məmmədovun bacısı qızıdır.

 

***

 

14:21

Ermənistan əsgərləri tərəfindən Gədəbəyin Şınıx bölgəsində yaralanan 15 yaşlı məktəbli qızın ayağında zəruri əməliyyat həyata keçirilib və güllə yarası cərrahi işlənilib.

Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyevanın vəziyyəti hazırda kafidir.

«Güllə onun ayağını deşib keçib. Təcili olaraq axan qanın qarşısını almaq üçün onun ayağına gips qoyulub. Sabah isə rentgen müayinəsindən sonra Şəlalənin vəziyyətinin dəqiq proqnozu veriləcək. Ehtimallara görə, onun ayağında sınıq əlamətləri var. Şəlalənin dediyinə görə, hadisənin necə olduğundan xəbəri yoxdur. Yəni güllə qəfildən onun ayağına dəyib. Bu haqda rayonun inzibati orqanlarının məlumatı var. Onlar ermənilər tərəfindən güllə atılan əraziyə baxış keçiriblər».

Xəbər verdiyimiz kimi dünən günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyeva həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun «Sümüklü» dağındakı mövqelərindən görünən ərazidə yaşayır.

Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur.

Yaralı qızın yaxınlarından virtualaz.org saytına bildirildiyinə görə Ş.Tağıyevanın ayağı bu gün rentgen müayinəsindən keçirilib, rentgenoloqun rəyinə əsasın xoşbəxtlikdən güllənin ayağın yumşaq toxumasını deşib keçdiyi və sümüyü zədələmədiyi müəyyən olunub. Yaralıya zəruri tibbi yardımlar davam etdirilir. Gədəbəy rayon icra hakimiyyəti başçısının müavini Rüstəm Nağıyev və icra hakimiyyətinin digər rəsmiləri xəstəxanaya gedərək yaralıya baş çəkiblər. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun isə hazırda Bakıda olduğu, hadisə ilə bağlı məlumat aldığını öyrəndik.

Gədəbəy Rayon İcra Hakimiyyətindən də (RİH) erməni əsgərlərinin Şınıx bölgəsində vurduqları 15 yaşlı məktəbli qızla bağlı açıqlama verilib. Gədəbəy RİH-nin Ərazi İdarəetmə Şöbəsinin rəisi Qılıcov Nizaməddin ANS PRESS-ə açıqlamasında erməni gülləsinə tuş gələn Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyevanın ayağına dəyən güllənin çıxarıldığını söyləyib: «Ayağı sarğıdadır və hazırda vəziyyəti yaxşıdır».

Bildirilib ki, Gədəbəy RİH nümayəndələri də Şəlalə Tağıyevaya bir neçə dəfə baş çəkiblər: «O, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. İndi ordan gəlirik. Heç bir problem yoxdur. Bir də müayinə olunduqdan sonra onu evə buraxacaqlar. İcra Hakimiyyəti tərəfindən onlara hər cür yardım göstəriləcək».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *