
Minatəmizləmədə korrupsiya qorxusu
ANAMA nəyə görə açıq və şəffaf tender prosedurlarını pozaraq, şübhəli şirkətlərlə əməkdaşlığa üstünlük verib?
ANAMA nəyə görə açıq və şəffaf tender prosedurlarını pozaraq, şübhəli şirkətlərlə əməkdaşlığa üstünlük verib?
Minaların təmizlənməsi üçün 500 min funt sterlinq ayrılıb
Xızıda sakinlər arasında mina təhlukəsizliyinə dair təbliğat aparaılır
ANAMA-nın əməkdaşlarından yaralananlar var
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 12-si və 13-də Gədəbəy rayonu Söyüdlü kəndi (Bakıdan 477 kilometr qərb) ərazisində əməliyyat keçirib. Bu barədə agentlik məlumat yayıb.
Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin «102» Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə informasiya daxil olub.
Agentliyin əməkdaşları Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçiriblər.
«Aparılan təcili əməliyyat axtarış tədbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olundu. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat avqustun 13-də də davam edib.
Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1) aşkarlanıb».
Agentlik bildirir ki, aşkar edilən sursat arasında 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası və avtomat daraqları aşkarlanıb.
Məlumatda qeyd edilib ki, sursat Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.