vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
10:43 | 2 avqust 2013 | Cümə Məqaləyə 1922 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabir Rüstəmxanlı narahatdır

DAK sədri aclıq edən güneylilərə müraciət ünvanladı

RUSLAN, teleqraf.com

MÖVZU İLƏ ƏLAQƏLİ

9 il azadlıqdan məhrum etmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalları Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Onların sağlamlıq vəziyyəti olduqca ağırdır, ancaq haqlı istəklərinə nail olmaq üçün aclıq aksiyasına davam edirlər.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı həbsxanada aclıq aksiyasını davam etdirən Yeni GAMOH fəallarına aclıq aksiyasını dayandırmaları ilə bağlı müraciət edib. 
Teleqraf.com-a daxil olan müraciətdə bildirilir: «Siz həbsxanada olduğunuz halda ruhən azad olduğunuzu, aclıq aksiyanızla mənəvi zənginliyinizi, rejimin ən ağır basqıları altında əqidənizdən, milli davadan dönməməyinizlə iradənizi və böyüklüyünüzü bütün dünyaya sübut etdiniz. Həmçinin fars rejimi, sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirdi. Qollarınızda qandal olduğu halda belə siz qalib gəldiniz. Əziz qardaşlarım! Bizi qarşıda böyük və şərəfli bir mübarizə yolu gözləyir. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizəmizdə millətimizə çox lazımdır. Haqq uğrunda aparılan mücadilə mütləq qalib gələcək. Gələcək mübarizədə iştirak etmək və həmin qalibiyyəti görmək ən çox sizin haqqınızdır. Bütün bunları və 20 günlük aclıq aksiyanızın artıq beynəlxalq aləmə kifayət qədər səs saldığını və müxtəlif reaksiyalara səbəb olduğunu nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırıram».

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *