Bilikdən ayrılmış müəllim günü
… Yaxud hörmətlə anılan Rəhmət müəllim
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qızların çoxu müəllim olmaq istəyir
Zərif cinsin nümayəndələrindən neçəsi polis və hərbiyə üstünlük verir?
-
Ombudsmandan ipoteka təklifi
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
-
Orta məktəblərin statusu dəyişdirilir
Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq
-
Təhsil işçilərinin maaşı artdı
Prezident sərəncam imzaladı
-
«Müəllimlərin maaşları qaldırılacaq»
Maliyyə naziri: «2018-ci ilin büdcəsində təhsilə böyük artım var»
-
Metodika, yoxsa...
Dərslərin qeyri-standart formada keçirilməsinə münasibət fərqlidir
-
Rusiya da müəllimlərini qiymətləndirəcək
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
-
3 gündə 6 min müəllim imtahan verəcək
22 min nəfər 10 gün ərzində artıq özünü sınayıb
-
Məktəblər istiliksiz qala bilər?
«Yəqin ki, gələn ilin büdcəsində qiymət artımları nəzərə alınacaq»
-
Maaşları artacaq...
... 40 faiz
-
Azərbaycanda bütün məktəblilər planşetlərlə təmin ediləcək
«Təhsildə tədrislə yanaşı, ...»
-
3000 müəllimin maaşı artırıla bilər
Məhəbbət Vəliyeva: «Bununla bağlı iş aparılır»
-
Şagirdin döyülməsi ilə bağlı araşdırma başladı
Fərid Babaşzadə yataq xəstəsinə çevrilib
-
«Hər müəllim 4 vakant yer seçə bilər»
Təhsil Nazirliyi işə qəbulla əlaqədar əlavə yerləşdirmə aparılır
-
13 müəllimin halı pisləşib
İmtahanın nəticələrini biləndən sonra...
-
Nazirdən gözlənilən əmr
Müəllimlərin işə götürülmə qaydasında dəyişiklik
Əvvəllər Bilik günü vardı. 1 sentyabr. İndi qeyd olunmur. Bilik öz dəyərini itirdiyinə görə bütün təhsil ocaqlarında dərslər 15 sentyabrda başlayır. Bilik günü olmadan da Müəllim günü öz dəyərini xeyli itirir. Üstəlik də müəllim ömrü yaşamaq çox-çox ağırdır. Maaşı yaşam standartlarında çox aşağı, sosial bərabərliyin hədsiz pozulduğu bir mühitdə imkanlarına görə ən alt sırada yer alan təbəqə. Müəllimin oksigeni bilikdir, havada oksigen azlığı olanda, çantada da pul azlığı olanda müəllimi ayaq üstə qaldırmaq olmur. Halbuki Müəllim qədər şərəfli peşə yoxdur!
Hamımızın ictimai mövcudluğumuzun, dəyərimizin birinci səbəbkarı müəllimdir. Mən ilk olaraq ibtidai sinif müəllimimə zəng edib təbrik etməyi özümə borc bilirəm. Sübh tezdən bütün rəhmətə gedən müəllimlərimin ruhuna dualar edirəm. Həm də gördüyüm, tanıdığım müəllim şəxsiyyətlərin sayəsində dərhal Sifət müəllimlərlə Rəhmət müəllimləri ayıra bilirəm. İndi Rəhmət müəllimlərin sayı çox deyil, ancaq bu ölkə və onun insanı məhz onların sayəsində az-çox modern dünyanın qapısında ayaq döyə bilir.
Müəllim deyəndə, ilk öncə vizual olaraq gözümüzün önünə Cəbiş müəllim obrazı dikilir. Mən həmişə Cəbiş müəllimin sabun bişirməyə məcbur olduğu ana, sanki böyük Mirzə Ələkbər Sabirin dolanışıq üçün sabun bişirməyə məhkum olduğu anın şahidi kimi baxmışam. Yüzlərlə peşəsini sevən, ancaq peşəsində özünü rahat hiss etməyən, sıxıntı içində iztirab çəkən müəllim tanıyıram. Sifət müəllimlərin tabeliyində hər gün ölüb dirilən Rəhmət müəllimlər tanıyıram. Rəhmət müəllimin alt təbəqədə olmasına üzülürəm. Rəhmət müəllimi başımız üzərinə qaldırmayınca, bilik də başımızın içində özünə yer tapa bilməyəcək! Öz müəlliminə özünü həmişə borclu bilən hər kəsə salam olsun!