Kritik Astana sammiti
Beş ölkə Xəzəri bölüşdürə biləcəkmi?
Cavanşir ABBASLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dəniz qumundan təbii divar
Alimlər çimərlikləri xilas etmək üçün onları elektrikləşdirməyi planlaşdırırlar
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Gözümü çəkə bilmirdim”
Antarktidada nəhəng buz kütləsi altındakı “sirli” kəşf
-
Donmaqdan qoruyan bakteriyalar
“Soyuqda yaşaya bilməyən” heyvanların sirri açılıb
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Martın sonlarında Qazaxıstanda Xəzəryani ölkələrin dövlət başçıları arasında Xəzər dənizinin hüquqi statusuna dair növbəti sammit keçiriləcək. Sayca beşinci olacaq sammitdə nəhayət prezidentlər arasında müəyyən razılığın əldə olunacağı və bununla bağlı rəsmi sənədin hazırlanacağı bildirilir.
İndiyə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməsində başlıca əngəl olan İranın bu razılıq əldə olunarsa, nələri güzəştə getdiyi yaxud gedəcəyi suallar doğurur. Türkmənistan da bu sırada müzakirə edilir. Doğrudur, 10 il öncəyə qədər İran kimi razılaşmada başlıca maneə olan bu ölkə son illərdə müəyyən güzəştlərə gedib, lakin bu da qaneedici olmayıb. İndi Türkmənistanın hansı addımları sammitdə atacağı məlum deyil.
Azərbaycanın sammitdəki iştirakının necə olacağı, razılıq əldə edilərsə, hansı güzəştlərə gedəcəyi suallar doğurur. Astana sammitində yekun razılığa gəlinməyəcəyi barədə də fikirlər az deyil.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Xəzəryani ölkələr arasında fikir ixtilaflarının hələ qaldığını bildirdi: «Əsas fikir ixtilaflarını yaradan İrandır. İran Xəzərin orta xətt prinsipinə uyğun olaraq, bölgüsü əleyhinə çıxır və yenə də əvvəlki israrını davam etdirir, yəni Xəzər beş ölkə arasında bərabər bölünsün. Bu da nə elmi nöqteyi-nəzərdən, nə də dünya praktikasında tətbiq olunan müxtəlif sahilyani zonaların müəyyənləşdirilməsi baxımından heç bir meyara uyğun gəlmir. İndiyə qədər doğrudur, bir sıra nikbin fikirlər səsləndirilib. Bu fikirlər yalnız Xəzərin səthinin bölünməsi ilə bağlı məsələlərə aid idi. Yəni tək beş ölkə deyil, dünya ölkələrinin gəmiləri bu zonalara daxil olmadan sərbəst sürətdə Xəzərin sularından istifadə edə bilər. Bu gün ixtilaf doğuran əsas məsələ Xəzərin təkinin bölüşdürülməsidir. Bu da yalnız orta xətt prinsipi ilə sahil xətlərinin, yəni hər bir dövlətin Xəzərlə bağlı sahil xətlərinin birləşdirilməsi nəticəsində həyata keçirilə bilər. İranın təklif etdiyi mexaniki təhdid isə sadəcə olaraq, Xəzər dənizindən ala biləcəyi payın artırılmasına hesablanıb. Bu məsələnin üzərində də İran israrını davam etdirir. Hətta son vaxtlara qədər orta xətt prinsipində tərəddüd edən Türkmənistan da bu prinsipə razılaşmağa başlayıb. İran istisna olmaqla, Xəzəryani dörd dövlət Xəzərin bölgüsündə dünya praktikasında məlum olan bölgü sistemindən istifadə edərək, bölünməsini istədiyi halda İran tərəfin özündən uydurduqları nə elmi əsaslara, nə də məntiqə sığır. Bu baxımdan Astana görüşündə Xəzərin problemlərinin hamısını həll edəcək hərtərəfli yekun müqavilə imzalanmayacaq. Razılığa gəlinmiş sahələr üzrə müəyyən irəliləyişlər olacaq və müəyyən imzalar da atılacaq. Amma Xəzərin statusunun hüquqi cəhətdən müəyyən edilməsi, yəni Xəzərin hansı hissəsinin hansı dövlətə aid olması məsələsində tam razılıq əldə olunmayacaq.
Bu razılığın əldə olunmamasında da İranın əsas rol oynadığı göz önündədir. Xəzər beş hissəyə bölünsə, İrana da Xəzərin sularından 20 faiz çatsa, o zaman bu ölkənin sərhədləri təxminən gəlib Lənkəranın 15 kilometrliyinə qədər çatır, yəni Xəzərin İran sərhədləri. Sirr deyil ki, Xəzərin bu hissəsi karbohidrogen ehtiyatları ilə zəngindir. Həmin karbohidrogen ehtiyatlarını da sovet dövründə Azərbaycanın geofizikləri aşkara çıxarmışdılar. Sonrakı illərdə də bu tədqiqatlar davam edirdi. Yalnız İranın məsələyə qoluzorluluq nöqteyi-nəzərindən müdaxiləsi səbəbindən həmin aktiv geofiziki tədqiqatlar dayandırıldı. Amma bu gün Azərbaycan alimləri Xəzərin karbohidrogen ehtiyatları ilə zəngin olan hissələri barədə lazımı elmi nəticələrə malikdirlər. Xəzərin statusunun nə vaxtsa həll edilməsindən sonra o məsələlərə yenidən qayıdılacaq. Azərbaycan tərəfi hətta müəyyən karbohidrogen ehtiyatları ilə zəngin olan əraziləri mübahisəli ərazilər hesab edərək birgə bu əraziləri istismar edilməsi təklifi də İran tərəfindən qəbul edilməyib. İran elə bir radikal mövqedə dayanıb ki, onunla Xəzər dənizinin statusu ilə bağlı məsələlərdə ortaq razılıq əldə etmək mümkün deyil. Amma bir cəhət ümidvericidir ki, Xəzərin həmin hissələrində karbohidrogen ehtiyatları çox dərin hissələrdə yerləşib, təxminən 7-8 kilometr dərin qatdadır. İran tərəfinin belə dərinliklərdə nə geofiziki, nə də istismar nöqteyi-nəzərindən işlər görmək texnologiyalarına malik deyil. Bu baxımdan Xəzərin statusu ilə bağlı yekun və birdəfəlik sənədin imzalanması məsələsi Astana görüşündə də baş tutmayacaq».