vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
21:45 | 5 iyul 2019 | Cümə Məqaləyə 2279 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan-Azərbaycan münaqişəsi

İsrail jurnalistləri cəbhə xəttinə səfər edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailli jurnalistlərin Azərbaycana səfəri məhsuldar olub. Mürəkkəb geosiyasi mühitə baxmayaraq, İsrail və Azərbaycan arasında güclü tərəfdaşlıq münasibətləri var. Siyasi dialoq ən yüksək səviyyədədir, illik iqtisadi dövriyyə 3,5 milyard dollar təşkil edir və enerji sektoru strateji baxımdan əlaqələrin əsasını təşkil edir.

Əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə siyasi cəhətdən dünyəvidir. Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov bizə bildirdi: “Müsəlman dünyasında Azərbaycan bu gün ticarət, enerji və iqtisadiyyat sahələrində İsrail ilə olduqca müsbət və konstruktiv münasibətlərə malikdir. Azərbaycan İsrail ilə yaxşı münasibətlər saxlayır. Tarixən, Azərbaycanda yəhudilər müsəlman çoxluqla sülh və harmoniya şəraitində yaşamışlar və bu gün də Azərbaycan və İsraildə yaşayan yəhudilər arasında bu əlaqələr güclüdür”.

Azərbaycan bir sıra başqa etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmaların yaşadığı ölkədir. Təxminən 30 il bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi baş verən zaman, Azərbaycan cəmiyyəti etnik qruplar arasında sülhü qoruyub saxlamışdır.

Ölkənin paytaxtı və ən böyük şəhəri olan Bakıda 95 metr hündürlükdə dörd minarəli möhtəşəm Heydər məscidini gördük. Günəş bu memarlıq incisini işıqlandıran zaman, kainatın mənəvi gücünü hiss etməmək mümkün deyil. Biz orada iki imam - şiə və sünni, həmçinin dağ yəhudilərinin rəhbəri Milikh Yevdayev və Alban Katolik Kilsəsinin rəhbəri Robert Mobili də daxil olmaqla müxtəlif dini məzhəblərin nümayəndələri ilə görüşdük. Onlar bizə bildirdilər ki, harmoniya bütün dinlərə mənsub insanlar arasında mövcud ola bilər.

“Bunun səbəbi Azərbaycanın multikulturalizm üçün unikal məkan olmasıdır”, - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov izah edib.

 

Ermənistanla münaqişə

 

1991-ci ildə Sovet İttifaqının dağılmasının başlanması ilə Azərbaycanın tolerantlıq ənənəsi üçün əsl sınaq yarandı. 1991-ci ildə Ermənistan Respublikası Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon da daxil olmaqla Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal edib, nəticədə 30 minə yaxın azərbaycanlı öldürülüb və təxminən bir milyon insan evindən didərgin düşüb. Azərbaycanlılar zorakılıq və xüsusi qəddarlıqla törədilən bu hücumun XX əsrin sonlarında baş verən ən böyük faciələrdən biri olduğunu düşünürlər.

Məsələn, Xocalıda 613 azərbaycanlı öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər dinc sakin girov götürülüb.

Artıq 27 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqların göründüyü cəbhə xəttinə səfər edən az saylı israilli və xarici jurnalistlərdən idik. Üç il əvvəl biz durduğumuz yer döyüş və müharibə meydanı idi. Biz bilirdik ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu erməni silahlı qüvvələrinə zərbə endirərək öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təxribata cavab verib.

Biz 1978-ci ildə Marağa kəndində ermənilərin İrandan Azərbaycanın bu ərazisinə köçürülməsinin 150 illiyini qeyd etmək üçün ucaltdıqları "Marağa" abidəsini ziyarət etdik. Bizə aydın oldu ki, 1980-ci illərin sonlarında baş verən münaqişə zamanı ermənilər bu abidəni dağıdıb və bununla da buranın əzəli sakini olmadıqlarını sübut etmiş oldular. Abidənin qalıqları bərpa edilmiş və Dağlıq Qarabağın Azərbaycanın qədim və tarixi torpağının bir hissəsi olduğuna dair sübut kimi qorunmuşdur.

 

Azərbaycan Müdafiə Nazirinin müavini ilə görüş

 

Tərtər və Cocuq Marcanlıya səfər zamanı Azərbaycan ordusunun əsgərləri ilə görüşdük. Onlar, Azərbaycanın həm canlı qüvvə, həm də silahlanma baxımdan Ermənistan üzərində hərbi üstünlüyü olduğunu söylədilər. Lələtəpədən olan əsgərləri ziyarət edərkən və bu vadiyə baxdığımızda, Lələtəpənin geniş bir əraziyə nəzarət etmək imkanı verdiyini gördük. 1993-cü ildə gedən döyüşlər zamanı ermənilər bu təpəni ələ keçirib, bu mövqedə möhkəmləniblər, amma Azərbaycan əsgərləri və zabitləri buranı qısa bir zamanda ağır döyüşlər nəticəsində azad etdilər. Bizə həmin döyüşlərin gedişatı və məntəqənin necə geri qaytarıldığı barədə danışdılar.

Azərbaycan Müdafiə Nazirinin müavini Leytenant Kərim Vəliyev bizə dedi ki, "Beynəlxalq təşkilatlar bəzən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standart nümayiş etdirirlər. Azərbaycan ordusunun işğal edilmiş torpaqları azad etməyə hazır olması üçün hazırlıq səviyyəsini və döyüş qabiliyyətini artırmalıyıq. Biz qan tökülməsini istəmirik, amma bütün digər vasitələr uğursuz olarsa ordumuz torpaqları azad etmək iqtidarındadır.

“2016-cı ilin aprel ayında baş verən toqquşma bu münaqişənin həll oluna biləcəyini sübut edir”, - Vəliyev deyib. "Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir. Ancaq məsələ sülh yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü başqa yollarla təmin etmək hüququndan istifadə edəcəyik. Azərbaycan ordusu işğal olunmuş ərazilərin azad edilməsini təmin etməyə hazırdır ".

 

Aşağı Əbdürəhmanlı   

 

Aşağı Əbdürəhmanlı kəndində, biz kədərli mənzərə ilə qarşılaşdıq: dağıdılmış evlər, məktəblər, uşaq bağçaları və yandırılmış torpağın olduğu kabuslu kənd, burada sanki həyat dayanmışdı.

Umud Mirzəyev bizə kəndinin taleyi barədə danışdı.

“Doğma kəndimizdə erməni vandalizmi nəticəsində məhv olan və yandırılan evlərin və binaların şok edən qalıqlarını görürük. Onlar qəbiristanlığımızı dağıtdılar və təhqir etdilər. Gördüyünüz kimi, onlar qəbirlərin üzərindəki şəkillərə atəş açmış, sanki dünyasını dəyişən azərbaycanlılardan qorxmuşlar. Bu, işğalçıların qəzəbini, nifrətini və qorxusunu göstərir”.

Tura davam edərkən Mirzəyev əlavə etdi: “Məktəbim burada idi; evim buradaydı. Burada dadlı üzümün yetişdiyi ən məhsuldar sahələr vardı. İndi bu sahələr minalanmış əraziyə çevrilib. Burada atamın vəsiyyətini yerinə yetirdim. Dünyasını dəyişəndən sonra onu kəndimizdə, öz torpağımızda dəfn etməyi xahiş etmişdi”, - Umud dedi, və mən onun istəyini yerinə yetirdim”.

 

Cocuq Mərcanlı

 

Bundan sonra, geosiyasi mübahisənin qurbanı olmuş daha bir  məşhur kəndi - Cocuq Marcanlını ziyarət etdik. Bizə dedilər ki, bu Azərbaycan kəndi erməni işğalçıları tərəfindən məhv edilib, lakin orada erməni qüvvələrini məğlub etdikdən sonra Azərbaycan hökuməti kəndi bərpa edib. Bununla bağlı bələdçi bizə, “Azərbaycanlılar torpaqlarının işğalı və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin problemləri barədə dünyanın bilməsini istəyir. Onlar istəyir ki, dünyada Azərbaycan xalqının başına gələn fəlakət, habelə bu ərazilərin bərpası və reabilitasiyası haqda bilsinlər.

 

Əli Həsənovla görüş

 

Səfər zamanı Azərbaycan nümayəndələri göstərdikləri dəstəyə görə bir çox ölkələrə minnətdarlıqlarını bildirdilər. Əsas mövzu, Azərbaycanın güclü, müstəqil dövlət, Cənubi Qafqaz regionunda lider olması idi. Bu ölkə müxtəlif coğrafi-iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq layihələri ilə regionda və onun hüdudlarından kənarda sülh və rifah sərhədlərinin genişlənməsinə yardım edir.

Azərbaycan prezidentinin ictimai və siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəsinin İsrail ilə münasibətlərini yüksək qiymətləndirib.

“İsrail və Azərbaycan siyasi, iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq edir. Benjamin Netanyahu, baş nazir postuna ilk dəfə seçildiyi müddətdə 1997-ci ildə Azərbaycanı ziyarət etmiş və prezident Heydər Əliyevlə görüşmüş İsrailin ilk rəsmi nümayəndəsi idi.

“Bu tarixi səfərdən sonra xalqlarımız arasında xüsusi münasibətlər inkişaf etməyə başladı", - Həsənov dedi. Baş nazir Netanyahu 2016-cı ilin dekabrında Azərbaycana etdiyi yüksək səviyyəli rəsmi səfərdə Bakı ilə Təl-Əviv arasında sıx əlaqələrin olduğunu və bu əlaqələrin genişləndiyini nümayiş etdirdi. Netanyahunun ölkəmizə və onun prezidentinə münasibətdə göstərdiyi səmimi münasibət və hörməti qiymətləndiririk.

“Qeyd etmək istərdim ki, İsraildə yüksək texnologiya məhsulları üçün istehlak edilən neftin 65 faizi Azərbaycandan alınır. İsrail mütəxəssisləri uzun illər Azərbaycanda müxtəlif sahələrdə çalışırlar. İsrail cəmiyyətinə yaxşı bir şəkildə inteqrasiya edən və ölkəmizi ləyaqətlə və hörmətlə təmsil edən böyük bir azərbaycanlı icması var.

Müxtəlif əlaqələr, o cümlədən ailə əlaqələri Bakı, Quba və Qırmızı Qəsəbədəki yəhudi icmalarını həm İsrail, həm də Azərbaycanla birləşdirir”.

Həsənovun sözlərinə görə, “İsrail ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik”.

 

Hikmət Hacıyevlə son görüş

 

Paytaxt Bakıdakı son görüşümüz Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oldu.

Hacıyev Azərbaycanla İsrail arasındakı münasibətlərin strateji əhəmiyyətini vurğuladı.

“1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan İsrail ilə xüsusi münasibət yaradıb. İsrail müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olub. Çox gözəl iqtisadi, siyasi, hərbi, mədəni və ticarət əlaqələrimiz var. Gözəl və sabit münasibətləri vurğulayan birbaşa uçuşlar var.

“Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür. Mən hər zaman zarafatla deyirəm ki, xəritəyə baxsanız, ölkəm qərbdən şərqə uçan quş kimi görünür. Bir qanadı qırılsa, uça bilməyəcək. Buna görə də hər iki qanadımıza ehtiyacımız var”.

Aydındır ki, İsrail ilə strateji əlaqələr və Ermənistanla ərazi münaqişəsinin ədalətli həlli bu etibarlı və mühüm müttəfiqin prioritetləri siyahısında ilk yerlərdə durur.

Bu məqalə Azərbaycan və Qafqazın mühacir yəhudiləri üçün “Gələcəyə Ümid” Assosiasiyası ilə əməkdaşlıqla yazılıb.