
Ülgüc kimi kəskin boğaz ağrısı
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
Koronavirus yoluxmaları hətta yay aylarında arta bilər
Yeni pandemiyadan bir mutasiya uzaqlıqda
Yeni “COVİD-19” ştammı bütün dünyaya yayılır
“NB.1.8.1” variant Fransaya yayılır
“COVİD-19”dan sonra xəbərdarlıqlar ard-arda gəlir!
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
Cənubi Koreya “Covid-19” həyəcanı
“Əgər qaydalara ciddi riayət olunsa, iki həftəyə müsbət nəticə əldə edə bilərik. Amma bugünkü nəticələr onu göstərir ki, qaydalara tam əməl edilmir”.
Vaxt.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı belə zamanı deyib. O bildirib ki, nə qədər qaydalara əməl edilməsə, nəticə də gec əldə olunacaq.
İ.Məmmədovun sözlərinə görə, koronavirusa yoluxma tempinin günbəgün artması müşahidə olunur. Yoluxanların sayı sağalanların sayını bir neçə dəfə üstələyir.
“Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Lakin hələlik vəziyyətin nəzarət altından çıxmasından söhbət getmir. Əgər bu tendensiya davam etsə və situasiya daha da mürəkkəbləşsə ölkədə fövqəladə vəziyyətin elan edilməsi istisna edilmir. Hökumətin bütün planları var. Arzuolunandır ki, buna ehtiyac olmasın”, - hökumət sözçüsü deyib.
İbrahim Məmmədov brifinqdə çıxışında qeyd edib ki, bu günün son məlumatlarına görə, Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyət ağırdır, 11 orta ağır yerdə qalanların vəziyyəti sabitdir: “Bu, son rəqəm deyil, Gün ərzində rəqəm dəyişə, yəni arta bilər”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah növbəti brifinq keçirilib. Brifinqdə koronavirusla bağlı Azərbaycandakı son durum açıqlanıb.
Tədbirdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli iştirak edib.