vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:43 | 15 aprel 2020 | Çərşənbə Məqaləyə 2620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml hücuma keçib

Rusiya öz xəfiyyələrinə qətl əmrlərini verir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada Rusiya kəşfiyyatına çalışanların həbs olunması hadisəsi ilk dəfə deyil baş verir. Ukraynada prezident Viktor Yanukoviç olarkən, orduda və kəşfiyyat xidmətində Rusiyaya çalışanların sayı daha çox idi. “Maydan” hadisələrindən sonra həm orduda, həm də kəşfiyyat xidmətində təmizləmələr oldu. Ancaq, görünür, hələ də Ukraynanın dövlət orqanlarında Rusiya izi qalmaqdadır.

Kiyevdə bu dəfə həbs olunan şəxs sıradan birisi deyil. Rusiya kəşfiyyatına illərdir çalışan Valeri Şaytanov Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayorudur. O həm Rusiya kəşfiyyatına işləyir, həm Moskvadakı xozeyinlərinin tapşırığı ilə qətllər planlaşdırır, həm də Donbasdakı separatçılara məlumatlat ötürürdü. Şaytanov bu illərdə 200 min dollar qarşılığında Rusiyaya gizli məlumatlar ötürüb. Ukrayna ordusunun separatçılara qarşı bəzi əməliyyatların uğursuz olmasının arxasında da Şaytanovun Rusiyaya ötürdüyü gizli məlumatlar dayanır. Şaytanov Rusiya kəşfiyyatının zabiti Eqorova məlumatları Almaniya, Fransa və Xorvatiyaya səfərləri zamanı ötürürdü. Bunu Ukrayna Təhlükəsizlik Xidməti müəyyənləşdirib.

Rusiya kəşfiyyatı Qərb ölkələrində olduğu kimi (Londonda Skripalin və Litvinovun zəhərlənərək öldürülməsi, İstanbulda keçmiş çeçen döyüşçülərin qətlləri, o cümlədən Qətərdə Çeçenistan mücahidlərinin keçmiş liderlərindən Yandarbiyevin maşının partladılması və s.) Ukraynadakı xəfiyyələrinə də qətllər törətməyi əmr edir. Kiyevdə 3 il əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək rütbəli zabiti qətlə yetirildi, o maşınına oturarkən, partlayış baş verdi. Rusiya xəfiyyəsi Kiyevdə buna bənzər daha bir neçə qətliam həyata keçirib. Valeriy Şaytanov oxşar əmrləri yerinə yetirənlərdən biri idi. Sadəcə, Rusiya özünə çalışdırdığı ukraynalı general-mayora qətl sifarişi verərkən faktiki onun ifşa olunmasını sürətləndirib.

Ukrayna Təhlükəsizlik Xidməti özünün yüksək rütbəli əməkdaşı Valeri Şaytanov haqqında məlumat toplayıb. Ona qarşı kifayət qədər səs və video məlumatlar var. Maraqlıdır ki, Şaytanov Ukraynada “Maydan” hadisələrindən sonra vəzifəsində irəli çəkilib. Yəni Ukraynanın yeni hakimiyyət təmsilçiləri ona inanıblar. Rusiya məhz beləsini vətənə xainliyə cəlb edə bilib. Şaytanov Ukraynada “A” Xüsusi Əməliyyat Mərkəzinin keçmiş rəhbərlərindən biridir. Onu Rusiya Federal Kəşfiyyat Xidmətinin əks-kəşfiyyat şöbəsinin əməkdaşı, polkovnik İqor Eqorov “əməkdaşlığa” cəlb edib. Söhbət Ukraynaya qarşı kəşfiyyat və təxribat sahəsində ixtisaslaşan bölmədən gedir.

Şaytanov 18 fevral 2014-cü ildə “Maydan” hadisələrində Kiyevdə Həmkarlar İttifaqları Evini ələ keçirən hücum qrupuna rəhbərlik edib. O, 2014-cü ilin “Vostok” terror qruplaşmasının başçısı Aleksamdr Xodakovski danışıqlar aparıb. Eyni ilin aprelin 26-da maraqlı hadisə baş verib. Ukrayna əks-kəşfiyyat xidmətinin 3 zabiti Qorlovka şəhərində Rusiya Müdafiə Nazirliyinin kəfşiyyatçısı, İqor Bezleri həbs etmək üçün şəhərə yollanıb. Ancaq əməliyyat uğursuz olub. Terrorçular əməliyyatdan əvvəlcədən xəbər tutaraq Ukrayna Təhlüksəzlik Xidmətinin 3 zabitini yerindəcə həbs ediblər. Elə o zamandan şübhə yaranıb ki, Ukrayna Təhlükəsizlik Xidmətində Rusiya kəşfiyyatına çalışan xəfiyyə var. (“Atlas” Araşdırmalar Mərkəzi (Ukrayna mətbuatının məlumatları əsasında))


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)