vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 3 avqust 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
11:43 | 8 may 2020 | Cümə Məqaləyə 320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dərslər bərpa olunmayacaq

Ali təhsil müəssisələrinə qəbul imtahanları bir mərhələdə təşkil olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 7-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında olacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq. I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

XI sinif buraxılış imtahanlarının isə iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır: “Məzunlar buraxılış imtahanında, əvvəlki illərdə olduğu kimi, hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər”.

M.Abbaszadə bildirib ki, IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. 1 mart tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq. Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq.

DİM sədri deyib ki, nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər. IX sinif üzrə buraxılış imtahanı proqramından da martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Mətbuat konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərara uyğun olaraq  ümumtəhsil müəssisələrində təlim-tədris prosesinin dayandırılması mayın 31-dək  uzadılıb. İyunun 1-dən sonra isə dərslərin bərpası nəzərdə tutulmur.

2019-2020-ci tədris ilinin sonu üçün hər hansı qiymətləndirmə, böyük və kiçik summativlərin keçirilməsi də nəzərdə tutulmur. Bunun üçün I yarımil üçün nəticələr əsas götürüləcək, şagirdlərin yekun qiyməti çıxarılacaq və onlar növbəti sinfə keçiriləcək.

Ali tədris müəssisələrində də tədris ilinin uzadılması nəzərdə tutulmur. C.Bayramov qeyd edib ki, ali məktəb tələbələrinin 75 faizə qədəri onlayn dərslərə qoşulub. Ali məktəblərdə yay sessiyasının iyun-iyul aylarında həyata keçirilməsi nəzərdə tutulur. İyun-iyul aylarında tələbələr imtahan sessiyasında iştirak edə bilmədiklərini nəzərə çatdırarlarsa, həmin tələbələr üçün avqustun sonu, sentyabrın əvvəlində xüsusi imtahan sessiyası keçiriləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *